Əhalinin DİQQƏTİNƏ - Bu günlərdə EHTİYATLI OLUN!

Əhalinin DİQQƏTİNƏ - Bu günlərdə EHTİYATLI OLUN!

G1-G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur.

 

Bu barədə Sfera.az- a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Qeyd olunub ki, Günəş fəallığı son sutka ərzində yüksək səviyyədə olub.

 

İyulun 23-də Günəş səthində bəzi oblastlarda güclü M3.9/Sn (R1-minor), iyulun 24-də isə şərq hissədə M2.4 alışmaları baş verib. Digər oblastlar C4.5, C8.4 səviyyədə C sinif (Yerə bir o qədər təsir edə biməyən) alışmalarla fəal olub. C4.5 alışması tac kütlə atılması ilə müşayiət edilib.

 

Hazırda koronoqraflarda Yerə yönəlmiş tac kütlə atılması müşahidə olunmasa da, iyulun 26-dək Günəşdə M (radio rabitələri əngəlləyə bilən) və X sinif (daha güclü) alışmaların olacağı proqnozlaşdırılır.

 

23-25 iyul tarixlərində kiçik də olsa, S1 (minor) geomaqnit qasırğasının olma ehtimalı var. İyulun 21-də Günəşi tərk etmiş tac kütlə atılmasının təsiri ilə 24-25 iyul tarixləri üçün Günəş küləyi parametrləri normal səviyyəyə enəcək. Bu gün geomaqnit qasırğasının G1-G2 (mülayim-nəzərə çarpmayan) səviyyədə davam edəcəyi ehtimal olunur.

 

İyulun 25-də tac kütlə atılmasının təsirinin zəifləyəcəyinə baxmayaraq, geomaqnit sahənin fəal səviyyədə qalması gözlənilir.

 

Hazırda geomaqnit səviyyə qeyri-stabil vəziyyətdədir. İyulun 26-dan geomaqnit sahə normal, sakit səviyyəyə enəcək.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Astarada gəlin qaynanasını bıçaqla qətlə yetirdi

Astara rayonunda qadın qətlə yetirilib.   Sfera.az-ın məlumata görə, rayonun 55 yaşlı Kakalos kənd sakini Xalidə Paşa qızı Manafova kəsilmiş-deşilmiş...

Pensiya ilə bağlı MÜHÜM XƏBƏR: Bu şəxslər tez çıxa bilər - 10 il...

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında dəyişiklik edilib. Bu barədə Baş ...

Türkiyədə də ZƏLZƏLƏ OLDU

Türkiyənin Konya şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarəedilmə...

32 kişi ilə birlikdə 7 il adada qapalı qalan qadın: Kazuko Hiqa

Bu hekayəni ilk oxuduğunuz zaman tamamilə uydurma görünə bilər. Bununla belə, Kazuko Hiqanın təcrübələri real və olduqca təəccüblüdür. İkinci Dünya Müharibəsind...

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.   Sfera.az xəbər verir ki, növbəti ...

Rusiyada 8 bal gücündə zəlzələ oldu - Ölkələrdə sunami təhlükəsi elan edildi

Rusiyanın Severo-Kurilsk şəhərində 7,9 bal gücündə zəlzələ baş verib.   Sfera.az bu barədə TASS-a istinadən xəbər verir.   Bildirilib ki, ...