Bəzi ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Bəzi ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

 

Sfera.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, iyulun 23-ü saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxıb, qısamüddətli yağış yağıb.

 

Düşən yağıntının miqdarı Balakən, Zaqatala, Qax, Şahbuzda 2 mm-dək olub.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 34, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti olub.


OXŞAR XƏBƏRLƏR