Logo

Qusarçayın üzərindəki körpü NƏ VAXT AÇILACAQ?

Qusarçayın üzərindəki körpü NƏ VAXT AÇILACAQ?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı-Quba-Rusiya sərhədi yolunun 182-ci km-də, Quba rayonunun ərazisində  yerləşən Qusar çayın üzərindəki körpü müvəqqəti bağlanıb və nəqliyyat vasitələrinin hərəkəti üçün alternativ yol açılıb.

Sürücülər bu yoldan qorxa-qorxa keçsələr də bu dəfə alternativ yol açıldığına görə  seviniblər.

Avtomobil Yolları Dövlə t Agentliyinin Quba "5 Saylı Yol İstismarı" MMC-nin baş mühəndisi Rövşən Babayevin sözlərinə görə, Qusar çayın üzərindəki körpü uzun müddətdir təmir olunmayıb.

Hər hansı bədbəxt hadisənin qarşısını almaq üçün körpünün 2 aşırımı əsaslı bərpa ediləcək. Bərpa işləri iki ay müddətinə aparılacaq. Körpünün açılışı sentyabrın 15-i nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR