Fasilələrlə yağıntılı hava davam edir - FAKTİKİ HAVA

Fasilələrlə yağıntılı hava davam edir - FAKTİKİ HAVA

İyulun 21-i saat 15:00-a olan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyulun 21-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunur.

 

Bakıda və Abşeron yarımadasında, Gədəbəy, Culfa, Göygöl, Gəncə, Qəbələ, Balakən, Zaqatala, Şəki, Qax (Sarıbaş), Oğuz, Şamaxı, İsmayıllı, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Şabran, Mingəçevir, Göyçay, Sabirabad, Şirvan, Biləsuvar, Yardımlı, Lerik, Astarada şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

 

Şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Neftçalada arabir 20 m/s-dək güclənib.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 31, Aran rayonlarında 32, dağlıq rayonlarda isə 19 dərəcəyədək isti qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...