Vətən Müharibəsi Qəhrəmanı rəis təyin olundu

Vətən Müharibəsi Qəhrəmanı rəis təyin olundu

İyulun 20-də Milli Müdafiə Universitetinin və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəhbərliyi və zabit heyətinin iştirakı ilə dəyirmi masa keçirilib.

 

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, hərbi liseydə keçirilən tədbirdə Milli Müdafiə Universitetinin rektoru polkovnik Gündüz Əbdülov Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların müsbət nəticələri və hərbi təhsil sisteminin inkişaf perspektivləri barədə danışıb, dünyanın qabaqcıl ölkələrinin bu sahədə təcrübəsindən yararlanmağın vacibliyini qeyd edib.

 

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev kursantların fərdi bacarıq və intellektual səviyyəsinin artırılması, eləcə də analitik təfəkkür və yaradıcılıq qabiliyətinin daha da inkişaf etdirilməsi istiqamətində görüləcək işlərə dair ətraflı məlumat verib.

 

Tədbirin sonunda 2023-2024-cü tədris ilində liseydə həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr, həmçinin növbəti tədris ili üçün planlaşdırılan tədbirlər barədə fikir mübadiləsi aparılıb.

 

Xatırladaq ki, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyə yeni rəis təyin edilib.

 

Qeyd edək ki, Anar Mirzəyev 2022-ci ildə liseyin rəis müavini vəzifəsinə təyin olunmuşdu. O, Hərbi liseyin rəisi vəzifəsi vakant olduğundan, həm də rəis vəzifəsini icra edirdi.


OXŞAR XƏBƏRLƏR

“Siyasət hisslər və populizm üzərində deyil, maraqlar və reallıqlar üzərində qurulur” — Deputat

“Son günlərdə sosial şəbəkələrdə və bəzi informasiya resurslarında Azərbaycanın xarici siyasətinə qarşı emosional və səthi yanaşmalar müşahidə olunur. Bu ...

Putin azərbaycanlı qəhrəmanı ölümündən sonra TƏLTİF ETDİ

Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş verən terror aktında insanları müdafiə etməyə çalışarkən həlak olan azərbaycanlı Vüqar Hüs...

Yaşar Gülər, Hakan Fidan və İbrahim Kalın görüşdü

Türkiyə milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Xarici İşlər Nazirliyind...

“Qarabağ” UEFA reytinqində irəlilədi

Azərbaycan çempionu “Qarabağ” UEFA reytinqində mövqeyini bir qədər də gücləndirib.   Sfera.az Qol.az-a istinadən xəbər verir ki, bu, Ağda...

Tərtər çayında uşaq batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə rayonu, Zümürxan kəndindən keçən hissəsində 1 nəfərin (uşaq) bat...

Televiziya müxbiri canlı yayımdan bir neçə dəqiqə əvvəl qarət edildi

Rio-de-Janeyroda televiziya jurnalisti canlı yayıma az qalmış hücuma məruz qalıb. Hücum Botafoqo rayonunda səkidə, Bandın müxbiri Klara Neri Bora Brasil proqram...