Qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Azərbaycanda qaz sayğaclarının yoxlanılması ilə bağlı texniki reqlamentin təsdiq edilməsi gözlənilir.

 

Sfera.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Nəzrin Mirzəzadə jurnalistlərə açıqlamasında deyib.

 

Qeyd edək ki, bu ilin əvvəlindən qaz sayğacların müayinəsinin həyata keçirdiyi laboratoriya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin nəzarətindən çıxarılaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutuna ötürülüb.

 

Laboratoriyada məişət və sənayedə istifadə olunan ölçmə vasitələrinin yoxlanılması, bu vasitələrin metroloji tələblərə (xəta normalarına) uyğunluğunun təyin və təsdiq edilməsi, sənaye tipli sayğacların, həcm korrektorlarının təmiri və kalibrlənməsi işləri icra edilir. Həmçinin qaz sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR

Putin azərbaycanlı qəhrəmanı ölümündən sonra TƏLTİF ETDİ

Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş verən terror aktında insanları müdafiə etməyə çalışarkən həlak olan azərbaycanlı Vüqar Hüs...

Yaşar Gülər, Hakan Fidan və İbrahim Kalın görüşdü

Türkiyə milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Xarici İşlər Nazirliyind...

“Qarabağ” UEFA reytinqində irəlilədi

Azərbaycan çempionu “Qarabağ” UEFA reytinqində mövqeyini bir qədər də gücləndirib.   Sfera.az Qol.az-a istinadən xəbər verir ki, bu, Ağda...

Tərtər çayında uşaq batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə rayonu, Zümürxan kəndindən keçən hissəsində 1 nəfərin (uşaq) bat...

Televiziya müxbiri canlı yayımdan bir neçə dəqiqə əvvəl qarət edildi

Rio-de-Janeyroda televiziya jurnalisti canlı yayıma az qalmış hücuma məruz qalıb. Hücum Botafoqo rayonunda səkidə, Bandın müxbiri Klara Neri Bora Brasil proqram...

Şəhid analarından həmdərdlərinə çağırış: “Balalarınızın ruhunu incitməyin” - FOTO

“Çayxanalara, kababxanalara şəhid övladlarınızın şəkilləri ilə getməyin, ora ziyarətgah deyil”   44 günlük Qarabağ müharibəsindən 5 ilə y...