ƏƏSMN-də "Sosial Jurnalistika" təlimi təşkil edildi

ƏƏSMN-də "Sosial Jurnalistika" təlimi təşkil edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi keçirilib.

 

Sfera.az xəbər verir ki, 22 İyul - Milli Mətbuat Günü münasibətilə təşkil edilən təlimdə 14 media qurumundan jurnalistlər iştirak edib.

 

“Məzuniyyət hüququ” mövzusuna həsr edilən təlimdə iştirakçılara əmək məzuniyyəti, sosial məzuniyyət, təhsil məzuniyyəti və ödənişsiz məzuniyyət növləri eləcə də Əmək və Məşğulluq altsistemindəki (ƏMAS) yeniliklər haqqında ətraflı məlumat verilib. Media nümayəndələrinin bu mövzuda sualları cavablandırılıb.

 

Daha sonra mövzunun necə mənimsənildiyini müəyyənləşdirmək məqsədi ilə workshop keçirilib. İştirakçılar təlim mövzusunu əhatə edən test tapşırıqlarını cavablandırıb, bu mövzuda press-relizlər hazırlayıblar.

 

Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.

 

“Sosial Jurnalistika” təlimlərinin təşkil edilməsində məqsəd media nümayəndələrinin sosial müdafiə sahələrinə dair mövzular üzrə dolğun məlumatlandırılması, bu mövzulara yanaşmada peşəkarlıq səviyyəsinin artırılması, sahəvi biliklərinin inkişafetdirilməsi və media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.


OXŞAR XƏBƏRLƏR

“Siyasət hisslər və populizm üzərində deyil, maraqlar və reallıqlar üzərində qurulur” — Deputat

“Son günlərdə sosial şəbəkələrdə və bəzi informasiya resurslarında Azərbaycanın xarici siyasətinə qarşı emosional və səthi yanaşmalar müşahidə olunur. Bu ...

Putin azərbaycanlı qəhrəmanı ölümündən sonra TƏLTİF ETDİ

Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş verən terror aktında insanları müdafiə etməyə çalışarkən həlak olan azərbaycanlı Vüqar Hüs...

Yaşar Gülər, Hakan Fidan və İbrahim Kalın görüşdü

Türkiyə milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Xarici İşlər Nazirliyind...

“Qarabağ” UEFA reytinqində irəlilədi

Azərbaycan çempionu “Qarabağ” UEFA reytinqində mövqeyini bir qədər də gücləndirib.   Sfera.az Qol.az-a istinadən xəbər verir ki, bu, Ağda...

Tərtər çayında uşaq batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə rayonu, Zümürxan kəndindən keçən hissəsində 1 nəfərin (uşaq) bat...

Televiziya müxbiri canlı yayımdan bir neçə dəqiqə əvvəl qarət edildi

Rio-de-Janeyroda televiziya jurnalisti canlı yayıma az qalmış hücuma məruz qalıb. Hücum Botafoqo rayonunda səkidə, Bandın müxbiri Klara Neri Bora Brasil proqram...