Kəlbəcərdə mina partlayışlarında 3 nəfər yaralandı - YENİLƏNDİ

Kəlbəcərdə mina partlayışlarında 3 nəfər yaralandı - YENİLƏNDİ

19:00

 

Kəlbəcər rayonunda 55 yaşlı kişi minaya düşüb.

 

Sfera.az xəbər verir ki, 1969-cu il təvəllüdlü Xəlifə Həsən oğlu Hüseynov rayonun Ağdaban kəndində minaya düşüb.

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunublar. X.Hüseynov xəstəxanaya çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

***

 

Kəlbəcərdə mina hadisəsi baş verib, üç nəfər yaralanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər, Müdafiə Nazirlikləri və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında deyilir.

 

Belə ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

 

Hadisə nəticəsində 1969-cu il təvəllüdlü Hüseynov Xəlifə Həsən oğlu piyada əleyhinə minaya düşərək xəsarət, onun arxasınca hərəkət edən 1978-ci il təvəllüdlü Məmmədov Səməndər Əliqəmə oğlu isə həmin mina partlaması nəticəsində qəlpə yaraları alıb.

 

Daha sonra hadisə yerinə onlara köməyə gedən 1976-cı il təvəllüdlü Qaraşov Rahim Əşrəf oğlu ikinci minanın partlaması müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

81 deputat Makronun istefasını tələb edən qətnamə imzaladı

80-dən çox deputat Fransa prezidenti Emmanuel Makronun vəzifəsindən uzaqlaşdırılmasını tələb edən qətnaməni imzalayıb.   Sfera.az xəbər verir ki, bu ...

Məktəbli formalarına niyə alıcı tapılmır?

Dərs ilinin başlaması ilə əlaqədar valideynlər əl-ayağa düşür, məktəb ləvazimatları, geyim dükanlarında izdiham yaradırlar. Bu izdihamın ən çox hiss olunduğu ye...

Kiflənmiş xalçanın altından 40 min dollar dəyərində sikkə tapdı - FOTOLAR

Sidneydə (Avstraliya) çox dağınıq evlərin təmizlənməsində ixtisaslaşan və hətta 2022-ci ildə öz təmizlik işini açan 21 yaşlı Şarlotta Bosanquet ev təmizliyinin ...

Şuşaya köç davam edir - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.   Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, res...

Çox insanda rast gəlinən bu çuxur nədir? - FOTO

Hər bir insanın bədəninin fərqli xüsusiyyətləri var. Ayaq və əl barmaqlarımızın heç biri başqa birinə bənzəmir. Bəzi insanların qulaqlarının yanındakı boşluq is...

Meymunla selfi çəkdirdiyi üçün beş qəpiksiz qalan adam - FOTOLAR

2011-ci ildə britaniyalı fotoqraf Devid Slater makaka meymuna öz kamerasını verib və ona bir neçə selfi çəkdirib. Əyləncəli başlayan bu hadisə Slaterin həyatını...