Bu şəxslər dövlətdən hər ay 172 manat ala bilər – Lazım olan SƏNƏDLƏR

Bu şəxslər dövlətdən hər ay 172 manat ala bilər – Lazım olan SƏNƏDLƏR

"Məşğulluq haqqında qanuna edilən dəyişikliyə əsasən, iş axtaran və peşə təhsilindən istifadə etmək istəyən vətəndaşlarımıza minimum əməkhaqqının 50 faizi həcmində (172 manat) təqaüd veriləcək".

 

Sfera.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

 

Onun sözlərinə görə, məqsəd həm daha çox vətəndaşımızın peşə təhsilinə cəlb edilməsi, həm də onların işlə təmin olunmasına nail olmaqdan ibarətdir: SEO Xidməti

 

"İlkin qiymətləndirməyə görə, bu, təxminən 15 min vətəndaşımızın peşə təhsilinə cəlb edilməsinə imkan verəcək və həmin vətəndaşlarımız minimum əməkhaqqının - 345 manatın 50 faizi həcmində təqaüd almaq imkanına malik olacaqlar. Bir tərəfdən peşənin öyrənilməsi, digər tərəfdən isə təqaüdün verilməsi onların daha qısa zamanda əmək bazarına daxil olmasına və işlə təmin olunmasına imkan yaradacaq.

 

Yeni dəyişikliklər daha çox vətəndaşımızın təqaüd alması və işlə təmin olunmasına imkan yaradacaq. Nəzərə alsaq ki, peşə təhsilinin genişləndirilməsi və vətəndaşlarımızın peşə təhsili vasitəsilə işlə təmin edilməsi də prioritet olaraq aparılmaqdadır. Peşə təhsilində ixtisasların siyahısının genişləndirilməsi, müddətinə baxılması əksər peşə təhsili üzrə altı ay, yeni ixtisaslar üzrə 1 və ya 2 il ola bilir. Ona görə də genişləndirilmiş ixtisas fənnlərinin tətbiq edilməsi peşə təhsilində iştirak edən vətəndaşlarımızın sayının artması ilə yanaşı, həm onların əmək bazarında daha qısa zamanda işlə təmin olunmasına və dayanıqlı iş təminatına imkan yarada bilər. Bu da təbii ki, məşğulluğun genişləndirilməsi baxımından çox vacibdir".

 

Qeyd edək ki, iş axtaran vətəndaşlar öncə peşə təhsili və ya hazırlıq proqramına qoşulmaq üçün müvafiq tədris müəssisəsinə və ya peşə hazırlığı mərkəzinə müraciət etməlidirlər. Müraciət zamanı tələb olunan sənədləri təqdim etməlidirlər.

 

Bu sənədlər adətən aşağıdakılardan ibarət ola bilər:

 

Şəxsiyyət vəsiqəsi


Təhsil haqqında sənədlər


İşsiz statusunu təsdiq edən sənəd (məsələn, Dövlət Məşğulluq Agentliyindən alınan sənəd)

 

Təqaüd almaqla bağlı Dövlət Məşğulluq Agentliyinə və ya müvafiq tədris müəssisələrinə müraciət etmək lazımdır.


OXŞAR XƏBƏRLƏR

Qazaxda piyadanı avtomobil vurub, vəziyyəti AĞIRDIR

Qazax rayonunda piyadanı avtomobil vurub. Sfera.az-ın məlumatına görə, hadisə Xanlıqlar kəndində qeydə alınıb.   Müxtəlif xəsarətlər alan pi...

Putin İran prezidentinin səlahiyyətlərini icra edənə ZƏNG ETDİ

Rusiya Prezidenti Vladimir Putin İran prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbərlə telefon danışığı aparıb. Sfera.az Kremlin mətbuat xidmətinə istinad...

Alimlərdən həyəcan təbili - Gecə işıqlı otaqda yatmaq bu xəstəliyi YARADIR

Avstraliyanın Flinders Universitetinin alimləri müəyyən ediblər ki, gecələr parlaq işığa məruz qalmanın məhdudlaşdırılması 2 tip diabetin inkişaf risk...

Paris məhkəməsi Makronun keçmiş köməkçisinə verilən hökmü qüvvədə SAXLADI

Paris Kassasiya Məhkəməsi 2018-ci il mayın 1-də nümayişin yatırılmasında iştirakından sonra irəli sürülən bir neçə ittihamla üç il müddətinə azadlıqdan məhr...

ABŞ Ukraynanı Rusiyaya ərazi güzəştləri etməyə məcbur etmək niyyətində DEYİL

“ABŞ-ın hazırkı administrasiyası Ukraynanı Rusiyaya ərazi güzəştinə getməyə məcbur etmək niyyətində deyil”. Sfera.az xəbər verir ki, bu bar...

"Neftçi" klubu loqosunu DƏYİŞDİ

"Neftçi" klubu loqosunu dəyişib. Sfera.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.   Klubun ...