Azərbaycanda olan işsizlərin sayı AÇIQLANDI

Cəmiyyət
17:50 / 20.05.2024
15651
2024-cü ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda qeydiyyata alınan işsiz sayı 209 783 nəfər olub.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, işsizlərin 39 289 nəfəri, yəni 18,73 faizi Bakıda, qalanı kənar regionlarda qeydiyyata alınıb.
Bakıdan kənarda ən çox işsiz Ağdam rayonunda (6 min nəfər), Şəmkir rayonunda (5590 nəfər), Sumqayıt şəhərində (5446 nəfər), Lənkəran rayonunda (5253 nəfər), Quba rayonundadır (5202 nəfər).
Ən az işsiz isə Sədərək (193) və Daşkəsən (224 nəfər) rayonlarındadır.
Vasif