Evli insanların xəyanət etməsinin ƏSAS SƏBƏBLƏRİ: \"Qadınlar daha çox...\" 

Evli insanların xəyanət etməsinin ƏSAS SƏBƏBLƏRİ: \

Cəmiyyətdə ən çox rast gəlinən problemlərdən biri də evli insanların həyat yoldaşlarına xəyanət etməsidir.

 

Bəs nəyə görə evli insanlar başqaları ilə də münasibət yaşamağa üstünlük verirlər?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Taryel Faziloğlu bildirib ki, kişilərin sevgi və sadiqlik anlayışı qadınlara nisbətən fərqlidir.

 

“Kişilərin kənar münasibətlərə ehtiyac meyarının kökündə qəbul olunmaq hissi dayanır. Onlar sadəcə cinsi ehtiyaclarını ödəmək üçün başqa qadınlara yönəlmirlər. Kişilər öz eqolarını da təmin etmək üçün əlavə münasibətə ehtiyac duyurlar. Evlilik zamanı qadınların qarşı tərəfi daima gücsüzlük və zəifliklə ittiham etməsi kişilərin özgüvənini sarsıdır. Nəticə etibarilə kişilər bu özgüvəni başqa qadınların ona olan marağı ilən yenidən bərpa etməyə çalışır”.

 

Psixoloq qeyd edib ki, qadınlarda isə xəyanət meyarı fərqlidir.

 

“Qadınlar daha çox diqqət, qayğı və nəvaziş istəyirlər. Evdə yoldaşından bu diqqət və qayğını görmədikdə başqa kişilərə yönəlirlər. Bizim ölkədə xəyanət edən qadınlar daha çox ittiham olunur. Heç kimi xəyanətə aparan yoldakı səbəblər maraqlandırmır. Amma hər bir qadının sevilməyə, arzulanmağa və əzizlənməyə ehtiyacı var. Qadınlar başqa kişilərdə bu diqqəti gördükdə asanlıqla xəyanətə meyllənir".

 

Taryel Faziloğlunun sözlərinə görə, ən yanlış düşüncələrdən biri isə xəyanətin əsas səbəbinin cinsi ehtiyaclarının qarşılanması olaraq göstərilməsidir.

 

“Qadınlar ərlərinin kişilik qürurunu zədələyir, kişilər isə yoldaşlarına lazımı qədər diqqət və qayğını göstərmirlər. Bu kimi əsas nüanslar xəyanəti yaradır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR