Uşaqlar bağçaya necə adaptasiya olunmalıdır? - Mütəxəssisdən AÇIQLAMA

Uşaqlar bağçaya necə adaptasiya olunmalıdır? - Mütəxəssisdən AÇIQLAMA

Valideynlərin azyaşlı övladları ilə bağlı yaşadığı ən böyük problemlərdən biri də onları bağçaya göndərə bilməmələridir. Uşaq bağçasına ilk gəliş körpələr üçün böyük stress, valideynlər üçünsə həyəcanlı anlardır.

 

Bəs uşaqları bağçaya necə adaptasiya etmək olar?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, bağça dövrü uşaqların həyatında çox mühüm mərhələdir.

 

“Bildiyimiz kimi bağçaya ilk dəfə gedən uşaq valideynindən ayrılmaq istəmir. Onlar bu zaman qışqırıb ağlayır və aqressivləşirlər. Uşaqların belə davranışlar sərgiləməsi normal haldır. Çünki valideyn uşağı əvvəlcədən bağçaya hazırlamaq üçün heç bir tədbir görmür, yalnız problemlə qarşılaşanda əl-ayağa düşürlər. Uşaq bağçaya getməzdən əvvəl xüsusi hazırlıq mərhələsindən keçməlidirlər”.

 

Psixoloq qeyd edib ki, valideyn ilk növbədə bağça ilə bağlı mövzuları özü araşdırmalı və hər bir incə məqama diqqət yetirməlidir.

 

“Bağçanın nə olduğu uşaqlara izah edilməli və onlarda xoş təəssürat yaradılmalıdır. Ən yaxşı metodlardan biri də bağçanı uşaqlara əyani olaraq göstərməkdir. Onlar ara-sıra valideynlərindən uzaq qalmağa öyrəşməlidirlər. Valideynlər övladlarını qısa müddətlik etibar etdiyi insanlara təhvil verib onlardan uzaqda qalmalıdılar. Amma bunu ederkən tezliklə qayıdacağını da qeyd etməlidir. Evdə də bağça şəraitini quraraq, xüsusi oyunlar təşkil edərək bağçanın çox maraqlı yer olduğunu uşaqlara aşılamaq lazımdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...