Logo

“Svetofor” işləmədikdə sürücülər nə etməlidir? – Yol polisindən MÜRACİƏT 

“Svetofor” işləmədikdə sürücülər nə etməlidir? – Yol polisindən MÜRACİƏT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Səhər saatlarında Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Sfera.az-a DİN-in Nəqliyyatı İnellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, qəza nəticəsində bir ədəd işıqfor dirəyi yararsız hala düşüb.

“Mərkəzin texniki əməkdaşları əraziyə cəlb olunublar və "svetofor"un yenisi ilə əvəzlənməsi işləri görülür”, - əlavə olunub.

Həmçinin, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İnellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib:

“Yollarda işıqforlar hansısa səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman onlar “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsində qeyd olunanları əsas götürərək yollarına davam etməlidirlər”.

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR