Logo

Azərbaycana keçmək istəyən 36 nəfər saxlanıldı - FOTO

Azərbaycana keçmək istəyən 36 nəfər saxlanıldı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sfera.az-a verilən məlumata görə, may ayının 14-də saat 00:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 12 nəfər (8-i azyaşlı uşaq), saat 02:10-da isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 24 nəfər (16-sı azyaşlı uşaq) Azərbaycan vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azərbaycana keçmək istəyən 36 nəfər saxlanıldı - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR