“Əsas məqsədimiz çay mədəniyyətinin qorunması və inkişafıdır” - Tərlan Lətifov + FOTO

“Əsas məqsədimiz çay mədəniyyətinin qorunması və inkişafıdır” - Tərlan Lətifov + FOTO

Kənd təsərrüfatının inkişaf edən sahələrindən biri də çayçılıqdır. Bir müddət əvvəl çayçılığın inkişafına dair “2018–2027-ci illər üçün Dövlət Proqramı”nın imzalanması bu sahədə görülən işlərin genişlənməsinə təkan verdi. Dövlət qurumları ilə yanaşı, özəl şirkətlər də çayçılığın inkişafına dəstək olur. Xüsusilə də qida sənayesinin əsas təminatçılarından biri “Azərsun Holdinq” tərəfindən təqdim edilən “Azerçay” markasının bu istiqamətdə həyata keçirdiyi layihələr özünəməxsusluğu ilə seçilir.

 

Sfera.az bildirir ki, hazırda çayçılıq plantasiyalarında yığım mövsümü başlayıb. “Azerçay” mövsümün başlaması ilə əlaqədar Masallı rayonundakı çay plantasiyasına mediatur təşkil edib.

 

Media nümayəndələri yığım prosesi, çayın becərilməsi, müasir suvarma avadanlıqları ilə əyani tanış olublar.

 

“Azerçay” markasının marketinq müdiri Tərlan Lətifovun sözlərinə görə, marka dünyanın 40-dan çox ölkəsində çay mədəniyyətini təmsil edir:

 

“Azerçay” markasının əsas məqsədi Azərbaycan çay mədəniyyətinin qorunması və ölkəmizdə çayçılığın inkişafına təkan verməkdir. Masallı çay bağları ilə yanaşı, cənub regionunda 4 mindən artıq fermerin öz təsərrüfatında yetişdirdiyi məhsulu tədarük edirik. Məhsullarımızı daxili bazarla yanaşı dünyanın 40 dan çox ölkəsində istehlakçılara təqdim etməklə çay mədənyyətimizi təmsil edirik”.

 

Daha sonra jurnalistlərlə həmsöhbət olan “Sun Tea” çay fabrikinin rəhbəri Nuriyyə Rəhmanova bu il məhsuldarlığın yüksək olacağını qeyd edib:

 

“Hazırda ilin ilk yığım prosesi gedir. Ölkəmizdəki iqlim şəraitinə əsasən məhsuldarlığımızın yüksək olacağını proqnozlaşdırırıq. Məhsulumuz yüksək keyfiyyət standartlarına görə həm yerli, həm də dünya bazarında rəğbətlə qarşılanır”.

 

Qeyd edək ki, Doğma Çay markası "Made in Azerbaijan" yazısını üzərində daşıyan çay məhsullarını beynəlxalq sərgilərdə nümayiş etdirir və Azərbaycan çayının dünyada tanıdılması ilə qürur duyur.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...