Rafətin FIRILDAĞI: Rayonda dəfn olundu, Bakıda televizor alanda TUTULDU – VİDEO

Rafətin FIRILDAĞI: Rayonda dəfn olundu, Bakıda televizor alanda TUTULDU – VİDEO

2021-ci ilin noyabrın 25-də Qəniyevlər ailəsi dəhşətli xəbər alıb. Sabirabad rayonu Ətcələr kəndi ərazisində Sarvand kənd sakini 41 yaşlı Rafət Qəniyevə məxsus “KİA” markalı avtomobilin yanması və onun tam yanmış meyidinin tapılması barədə qohumlara məlumat verilib. 

 

Sfera.az xəbər verir ki, Rafət Qəniyevin avtomobilinin çox qısa müddətdə yanaraq kül olması istintaq aparan qurum tərəfinədn şübhəli hal kimi qeydə alınıb. Bundan sonra avtomobildə aşkar olunan sümüklər tibbi ekspertizaya göndərilib. Ekspertiza gedən müddətdə Rafət Qəniyevin bütün yaxınları onun öldüyünü düşünüb. Hətta dəfn mərasimi keçirilib.

 

Məhkəmə tibbi ekspertizasının rəyi ilə sümüklərin Rafət Qəniyevə aid olmadığı, mənşəyi bilinmədiyi ortaya çıxıb. Bundan sonr aəməliyyat istintaq qrupu araşdırmalara başlayıb. Üstündən bir il keçəndən sonra Rafət Qəniyev Bakının Yasamal rayonunda yerləşən mağazalardan birinə gələrək özünə məxsus şəxsiyyət vəsiqəsi ilə televizor alıb.

 

Bu zaman o, hüquq-mühafizə orqanlarının əməliyyat tədbirləri ilə saxlanılaraq istintaqa cəlb olunub.

 

Daha ətraflı video-materialda:


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...