Apreldə yumurta 14 faiz ucuzlaşıb

Cəmiyyət
15:24 / 13.05.2024
2439
2024-cü ilin aprelində toyuq yumurtasının qiyməti mart ayına nisbətən 14,3 faiz azalıb.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, martda yumurtanın orta qiyməti 19,4 qəpik olub.
Amma apreldə qiymət xeyli azalaraq 16,6 qəpiyə düşüb. Yumurtanın qiymətinin azalması mövsümi amillərlə əlaqələndirilir. Yaz mövsümündə toyuqlar daha çox yumurtalayır, amma yumurta istehlakı azalır. Bu səbəbdən yaz mövsümündə qiymətlərdə azalma müşahidə edilir.
Vasif