\"İkinci Türkçülük Çalışmaları: Dil məsələlərimiz\" adlı elmi konfrans keçirildi - FOTOLAR

\

Sosial Tədqiqatlar Mərkəzində (STM) "İkinci Türkçülük Çalışmaları: Dil məsələlərimiz" başlıqlı elmi konfrans baş tutub.

 

Sfera.az xəbər verir ki, konfransda STM-in İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Xalq şairi, deputat Sabir Rüstəmxanlı, deputat Nizami Cəfərov və filologiya elmləri doktoru Mahirə Hüseynova çıxış ediblər.

 

Konfrans zamanı ölkəmizdə, xüsusən də Güney Azərbaycanda dil sahəsində mövcud olan problemlər müzakirə edilib. Bu problemlər dilimizin rəsmi adında, onun istifadə sahəsinin məhdud olmasında, yazı qaydaları və əlifbada, terminlər məsələsində, yad sözlərin dilimizi doldurmasında, adlarımız və soyadlarımızdakı qeyri-milli durumda, təhsil sistemində, medianın, internetin, reklamın dilində, qanunlar və digər rəsmi sənədlərin dilində, eləcə də Türk Dünyasında ortaq ünsiyyət vasitəsinin olmamasında özünü göstərir. 

 

Sadalanan problemlərin başında dilimizin gerçək və tarixi adının rəsmiləşdirilməsi gərəyi durur. Azərbaycan Respublikasında dövlət dili rəqibsiz dil statusuna malik olmalıdır. Dillə bağlı qəbul edilmiş rəsmi qərarlardakı vəzifələr yerinə yetirilməlidir. Dilimizin xarici təsirlərdən təmizlənməsi qarşısındakı maneələr aradan qaldırılmalıdır. Adlarımız və soyadlarımızın da milliləşməsi həlli gecikmiş problemlərdəndir. Təhsil sahəsinin milliləşməsi və modernləşməsi günümüzün tələbidir. Media, internet, reklam və bunun kimi sahələrdə, eləcə də rəsmi sənədlərdə dilimizə gərəkli sayğı göstərilməlidir. Türk Dünyasında ortaq ünsiyyət vasitəsi kimi Türkiyə Türkcəsinin imkanları daha genişdir.

 

Qeyd olunub ki, dil kimliyimizdir, hətta varlığımızdır. Bu baxımdan dil sahəsindəki problemlərin həlli günümüzün təxirəsalınmaz vəzifəsidir.   


 
Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...

Rusiya Mədəniyyət Nazirliyindən xəbərdarlıq: Azərbaycanlılara...

Rusiya Mədəniyyət Nazirliyi nazirlik adından Teleqram kanalları tərəfindən saxta sənədlərin yayılması ilə bağlı xəbərdarlıq edib.   Sfera.az xəb...

Baş nazir imzaladı: Bu şəxslərə 6 min manat ödəniləcək

Baş nazir Əli Əsədov “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Q...

Trampla Putin telefonla danışır

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp hazırda telefon danışığı aparırlar.   Sfera.az xəbər verir ki, bunu Rusiya liderinin mətbu...

"Sputnik-Azərbaycan" işinə görə beş nəfər polis nəzarətinə verilib

"Sputnik-Azərbaycan" işinə görə istintaqa cəlb olunan beş nəfər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.   Sfera.az-ın məlumatına...

Bu, qırğız xalqının qəlbindən gələn köməkdir - Prezident

Bu gün Qarabağın, Şərqi Zəngəzurun dirçəldiyi, infrastruktur obyektlərinin, evlərin, ictimai binaların tikildiyi bir vaxtda, ilk növbədə, hər bir layihədə məktə...