“Bolt” qiymətləri QALDIRDI - Şirkət TƏSDİQLƏDİ

“Bolt” qiymətləri QALDIRDI - Şirkət TƏSDİQLƏDİ

“Bolt” taksi şirkəti sifarişlərin qiymətini 10% qaldırıb.

 

Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkədə yayılıb.

 

Məsələ ilə bağlı “Bolt” taksi şirkətinin səlahiyyətli nümayəndəsi qiymətin qalxması faktını təsdiqləyib.

 

Onun sözlərinə görə, qiymət 10% yox, 9% artırılıb.

 

Açıqlamada qeyd olunur ki, qəbul olunan yeni qərara əsasən, istehsal tarixi 15 ildən artıq olan nəqliyyat vasitələrinin taksi minik avtomobilləri ilə sərnişindaşımalarında istismarı qadağandır. Bu səbəblə ili daha köhnə olan nəqliyyat vasitələrinə sistem üzərindən sifarişlərin verilməsi mərhələli şəkildə dayandırılır.

 

“Qeyd olunan proses davam edəcək. Əlavə olaraq bildirək ki, sistemdə sifarişlər “tələb-təklif” prinsipi əsasında formalaşır.

 

İstehsal tarixi 15 ilə qədər olan nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək buraxılış kartı alsınlar. Mövcud tələblə bağlı qərar hazırda qüvvədədir. 1 iyul 2024-cü ildən etibarən isə yalnız istehsal tarixi səkkiz ilə qədər olan nəqliyyat vasitələrinə buraxılış kartı veriləcək”, - açıqlamada qeyd olunur.


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...