Əhali birinci rübdə nə qədər pul xərcləyib? – STATİSTİKA

Əhali birinci rübdə nə qədər pul xərcləyib? – STATİSTİKA

Azərbaycan əhalisi 2024-cü ilin birinci rübündə mal və xidmətlərin alınmasına 16,8 milyard manat xərcləyib. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz çoxdur. 


İlk üç ayın nəticələri göstərir ki, bir istehlakçı orta hesabla ayda 548,3 manat və ya 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,9 manat çox vəsait xərcləyib.


Xərclənən ümumi vəsaitin 44,9 faizi (7,54 milyard manat) ərzaq, 35,3 faizi (5,93 milyard manat) qeyri-ərzaq, 19,8 faizi (3,33 milyard manat) isə pullu xidmətlərin alınmasına sərf edilib. 


Adambaşına düşən xərclərdə də ən böyük məbləğ ərzaq məhsullarının payına düşür. Birinci rübdə hər ay orta hesabla 246,8 manatlıq ərzaq, 194,1 manatlıq qeyri-ərzaq, 107,4 manatlıq pullu xidmətlər alınıb. 


Əhalinin xərclərində ən yüksək real artım pullu xidmətlərdə olub. 


Pullu xidmətlər iki hissədən ibarətdir: ictimai iaşə xidmətləri və digər ödənişli xidmətlər. Birinci rübdə ictimai iaşə xidmətlərində xərclər real olaraq 6,7 faiz, digər pullu xidmətlərdə isə 5,8 faiz artıb. 


Xərclərdəki artım sürətinə görə, ikici sırada qeyri-ərzaq malları gəlir. Bu xərclərdə 4,9 faiz artım baş verib. Ərzaq xərclərində artım sürəti isə 1,9 faiz olub. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Rabitəbank 15 milyon ABŞ dolları dəyərində müqavilə imzaladı - FOTO

"Rabitəbank" ASC Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb. Müqaviləni Rabitəbankın İdarə...

Sabirabadda ilk “Kontakt” mağazasının açılışında sevinc dolu anlar - 60%-DƏK ENDİRİMLƏR

“Kontakt” sevinc gətirdiyi bölgələr sırasına birini də əlavə etdi.  Belə ki, şəbəkə bir neçə gün əvvəl Sabirabadda ilk mağazasının açılış tədbi...

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert KEÇİRİLƏCƏK

Mayın 4-də Heydər Əliyev Mərkəzində “20 ilin sədası” konsert proqramı təqdim olunacaq.   Bununla bağlı Sfera.az-a Heydər Əliyev Fondundan...

Moldova XİN başçısı Böyük Britaniyaya GETDİ

Moldovanın xarici işlər naziri Mixay Popşoy Böyük Britaniyaya rəsmi səfərə yola düşüb.   Sfera.az “Moldpres” agentliyinə istinadən x...

Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq GENİŞLƏNDİRİLİR

Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığın inkişafı barədə müzakirə aparıblar.   Sfera.az-ın İqtisadiyyat na...

Başkəndlə bağlı fikirlər SƏS-KÜY YARATDI: “Ora bizim üçün əvəzsizdir” 

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun Başkəndlə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. O, anklavların dəyişdirilməsi təklifi ilə ç...