Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

 

Bildirilib ki, “Dübəndi” qazpaylayıcı stansiyasında (QPS) “Dübəndi əlaqələndirici” qaz ölçü qovşağının mövcud şəbəkəyə qoşulması, Nərimanov rayonunun Faiq Yusifov küçəsində yeraltı qaz xəttində korroziya nəticəsində yaranmış qaz sızmalarının ləğv edilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 20 yanvar küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar aprelin 17-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Təmir-bərpa işləri görülən müddətdə Xəzər rayonunun (Kənd Qala, Xaşa-Xuna bağları, Laçın və Kəlbəcər rayonlarında olan keçmiş məcburi köçkünlərin yaşadığı ərazilər), Nərimanov rayonunun (F.Yusifov, Təbriz, N.Hacıyev, A.Nemətulla, F.X.Xoyski, Ə.Əliyev və Y.V.Çəmənzəminli küçələri), Qaradağ rayonunun (Lökbatan qəsəbəsinin 20 Yanvar, 28 May, M.Ə.Sabir küçələrində və 1-ci, 2-ci massivlər) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


OXŞAR XƏBƏRLƏR

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - VİDEO

Avtomobil bazarı yolunda uzun tıxac yaranıb, bazara giriş dayanıb.   Sfera.az-ın məlumatına görə, görüntülər paytaxtın avtomobil bazarlarının&nb...

Tbilisidə izdihamlı aksiya keçirildi

Tbilisidə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təşkilatçılığı ilə izdihamlı mitinq keçirilib.   Sfera.az xəbər verir ki...

Monika Belluççinin qızı xoşməramlı səfir oldu - FOTO

19 yaşlı italyan model və aktrisa Deva Kassel Fransa moda evi “Dior”un çəkilişlərində görünüb.    Sfera.az bildirir ki, gözəllik iko...

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda təlimlər keçilir

Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə COP29 ideyalarının yerli auditoriyaya çatdırılmasın...

Bu ilin Bodibildinq və fitnes üzrə Azərbaycan kubokunun qalibləri onlar oldu - VİDEO

2024-cü ilin Bodibildinq və fitnes üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib.    Sfera.az xəbər verir ki, tanınmış idmançı Şükran Soltano...

Xırdalanda qonşuları şoka salan qətl niyə törədilib? – TƏFƏRRÜAT

Qadın amansızlıqla qətlə yetirilib.   Sfera.az xəbər verir ki, hadisə Abşeronda, Xırdalan şəhərində qeydə alınıb.   Xırdalan şəhəri ərazis...