Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO

Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

 

Sfera.az xəbər verir ki, eyni zamanda, bu il Azərbaycanda genişmiqyaslı COP29 tədbirinin keçiriləcəyini nəzərə alaraq, ölkəmizdə çoxlu sayda ekoloji layihələr həyata keçirilir. Bunlardan biri də "McDonald’s Azərbaycan" şirkətinin Care Group şirkəti ilə birgə həyata keçirdiyi “Eco-Ambassadors” adlı təşəbbüsdür. Layihə çərçivəsində internat məktəbinin şagirdləri üçün maarifləndirici və praktiki seminarlar keçiriləcək.

 

İlin sonunadək davam edəcək layihədə 11 saylı internat məktəbindən 100-dən çox yeniyetmə iştirak edəcək.

 

Layihənin əsas məqsədi yeniyetmələr arasında ekoloji maarifləndirmənin aparılması və mühüm ekoloji problemlər haqqında məlumatlılığın artırılmasıdır. Bu təşəbbüs gənc nəsildə ətraf mühitə qarşı məsuliyyət hissinin inkişafına kömək edəcək.

 

Belə ki, layihə çərçivəsində Bakı şəhərində və Bakıətrafı ərazilərdə müxtəlif tədbirlər, o cümlədən ekologiyaya dair maarifləndirici seminarlar, tinglik qutularının quraşdırılması və plastik tullantıların idarə olunması üçün konteynerlərin quraşdırılması, ağacəkmə və sahilin təmizlənməsi kampaniyaları, gənclər tərəfindən kiçik ekoloji layihələrin işlənib hazırlanması və digər işlər həyata keçiriləcək. Bu praktiki məşğuliyyətlər yeniyetmələr arasında xüsusi bacarıqların inkişafına kömək edəcəkdir.

 

Layihənin həyata keçirilməsi üçün ekologiya üzrə ekspertlər və müəllimlərlə məsləhətləşmələr əsasında fərdi təhsil proqram təminatı işlənib hazırlanacaq.

 

Bütün bu tədbirlər “McDonald's Azərbaycan” şirkətinin əməkdaşları ilə birgə həyata keçiriləcək. Ətraf mühitin mühafizəsi daim şirkətin prioritet istiqamətləri sırasında olub və bu, onun fəaliyyətinin bir çox aspektlərində öz əksini tapıb. Bura tullantıların minimuma endirilməsi üçün innovativ həllərin tətbiqi, plastikdən istifadənin azaldılması, daha ekoloji təmiz qablaşdırmaya, oyuncaq materiallarına və s. keçid daxildir. Bu yolla şirkət daha dayanıqlı biznesin inkişafına və planetimizin gələcək nəsillər üçün qorunub saxlanmasına töhfə vermiş olur.


OXŞAR XƏBƏRLƏR

Monika Belluççinin qızı xoşməramlı səfir oldu - FOTO

19 yaşlı italyan model və aktrisa Deva Kassel Fransa moda evi “Dior”un çəkilişlərində görünüb.    Sfera.az bildirir ki, gözəllik iko...

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda təlimlər keçilir

Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə COP29 ideyalarının yerli auditoriyaya çatdırılmasın...

Bu ilin Bodibildinq və fitnes üzrə Azərbaycan kubokunun qalibləri onlar oldu - VİDEO

2024-cü ilin Bodibildinq və fitnes üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib.    Sfera.az xəbər verir ki, tanınmış idmançı Şükran Soltano...

Xırdalanda qonşuları şoka salan qətl niyə törədilib? – TƏFƏRRÜAT

Qadın amansızlıqla qətlə yetirilib.   Sfera.az xəbər verir ki, hadisə Abşeronda, Xırdalan şəhərində qeydə alınıb.   Xırdalan şəhəri ərazis...

İsa Qəmbər rəsmən namizəd oldu - FOTO

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı ola bilər.   Sfera.az xəbər verir ki, o, başqan seçkilərində namizədliyini irəli sürüb.   ...

Odessaya zərbələr endirildi - Ölənlər var

“Rusiya ordusu Ukraynanın Odessa bölgəsinə raket zərbəsi endirib”.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. ...