Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ!

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ!

Dövlət İmtahan Mərkəzi tərəfindən 12 may 2024-cü il tarixində inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək.

 

Sfera.az xəbər verir ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 15 aprel saat 13:00-dan 8 may saat 11:00-dək aparılacaq.

 

İmtahan kompüterlər vasitəsilə keçiriləcək.

 

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - VİDEO

Avtomobil bazarı yolunda uzun tıxac yaranıb, bazara giriş dayanıb.   Sfera.az-ın məlumatına görə, görüntülər paytaxtın avtomobil bazarlarının&nb...

Tbilisidə izdihamlı aksiya keçirildi

Tbilisidə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təşkilatçılığı ilə izdihamlı mitinq keçirilib.   Sfera.az xəbər verir ki...

Monika Belluççinin qızı xoşməramlı səfir oldu - FOTO

19 yaşlı italyan model və aktrisa Deva Kassel Fransa moda evi “Dior”un çəkilişlərində görünüb.    Sfera.az bildirir ki, gözəllik iko...

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda təlimlər keçilir

Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə COP29 ideyalarının yerli auditoriyaya çatdırılmasın...

Bu ilin Bodibildinq və fitnes üzrə Azərbaycan kubokunun qalibləri onlar oldu - VİDEO

2024-cü ilin Bodibildinq və fitnes üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib.    Sfera.az xəbər verir ki, tanınmış idmançı Şükran Soltano...

Xırdalanda qonşuları şoka salan qətl niyə törədilib? – TƏFƏRRÜAT

Qadın amansızlıqla qətlə yetirilib.   Sfera.az xəbər verir ki, hadisə Abşeronda, Xırdalan şəhərində qeydə alınıb.   Xırdalan şəhəri ərazis...