Əli Nağıyev: \"Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur\"

Əli Nağıyev: \

Ərazi bütövlüyü və suverenlik tam bərpa olunduqdan sonra Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur.

 

Sfera.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xİdmətinin (DTX) rəisi Əli Nağıyev qurum 105 illiyi ilə əlaqədar keçirilən təntənəli tədbirdə deyib.

 

Xidmət rəisi regionda yaranmış vəziyyəti öz xeyrinə dəyişmək istəyən və bölgənin yenidən münaqişə ocağına çevrilməsinə çalışan bəzi dairələrin təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətini, casus şəbəkəsi yaradaraq ölkəmizin milli təhlükəsizliyinin zərərinə hesablanmış müxtəlif planları həyata keçirmə cəhdlərini diqqətə çatdırıb.

 

Onun sözlərinə görə, DTX ölkənin təhlükəsizliyinə yönələn bu kimi təhdidləri dəf etmək üçün bütün qüvvə və vasitələrini səfərbər edərək belə hallarla mübarizəsini bundan sonra da inamla davam etdirəcək.


OXŞAR XƏBƏRLƏR

Yasamalda avtomobildən telefon oğurlayan şəxs saxlanıldı - FOTO

Paytaxtın Yasamal rayonunda vətəndaşlardan birinə məxsus avtomobilin şüşəsini qıraraq içərisindən mobil telefon oğurlandığı barədə polisə məlumat daxil olub. ...

Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olunub

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Braziliya, Qayana, Surinam və Ekvado...

Xərçəngə qarşı yeni peyvənd HAZIRLANIR - Yüksək riskli xəstələrdə...

Koronavirusa qarşı mRNT peyvəndi hazırlayan "Moderna" şirkəti, eyni texnikadan istifadə edərək xərçəngə qarşı peyvənd istehsal etmək üçün çalışır...

ANAMA-nın əməkdaşı Şuşada MİNAYA DÜŞDÜ

ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev aprelin 27-də azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə ...

Putinin andiçmə mərasiminin tarixi MƏLUM OLDU

Rusiyada 15-17 may tarixlərində keçirilən Prezident seçkilərində qalib gəlmiş hazırkı dövlət başçısı Vladimir Putinin andiçmə mərasimi mayın 7-nə planlaşdırılır...

Məşhur müğənninin qohumu sevgilisi tərəfindən ÖLDÜRÜLDÜ - FOTO

Türkiyədə Ömər Öktem tərəfindən güllələnərək öldürülən Selin Yalının məşhur müğənni Yalının qohumu olduğu üzə çıxıb.   Sfera.az xəbər verir ki, bu b...