Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ EDİLDİ

Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ EDİLDİ

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

 

“30 000, 17 000, 26 700, 9 000, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərində talamalar necə baş verir? Nəyisə almaq, nəyisə kirayələmək üçün onlayn qaydada beh ödəyirsiniz. Sonra beh ödədiyiniz şəxs sizə geri zəng edərək, yaxud, mesaj yazaraq, razılaşmanın mümkün olmadığı, alınmadığı üçün üzr istəyərək behi qaytarmaq istəyir. Siz də həmin pulu geri qaytarmaq üçün bank kartı məlumatlarını həmin şəxsə göndərirsiniz. Nəticədə kartınızda olan bütün vəsait hesabınızdan oğurlanır. Bütün bunları nəzərə alaraq, bank kart istifadəçilərini diqqətli olmağa çağırırıq.

 

Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın”, - E.Hacıyev vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Xərçəngə qarşı yeni peyvənd HAZIRLANIR - Yüksək riskli xəstələrdə...

Koronavirusa qarşı mRNT peyvəndi hazırlayan "Moderna" şirkəti, eyni texnikadan istifadə edərək xərçəngə qarşı peyvənd istehsal etmək üçün çalışır...

ANAMA-nın əməkdaşı Şuşada MİNAYA DÜŞDÜ

ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev aprelin 27-də azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə ...

Putinin andiçmə mərasiminin tarixi MƏLUM OLDU

Rusiyada 15-17 may tarixlərində keçirilən Prezident seçkilərində qalib gəlmiş hazırkı dövlət başçısı Vladimir Putinin andiçmə mərasimi mayın 7-nə planlaşdırılır...

Məşhur müğənninin qohumu sevgilisi tərəfindən ÖLDÜRÜLDÜ - FOTO

Türkiyədə Ömər Öktem tərəfindən güllələnərək öldürülən Selin Yalının məşhur müğənni Yalının qohumu olduğu üzə çıxıb.   Sfera.az xəbər verir ki, bu b...

"Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur" - Sahibə Qafarova

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin...

Elektron siqaretlər hamilə qalmaq şansını AZALDIR

Elektron siqaretlər hamilə qalmaq şansını azaldır.   Sfera.az xəbər verir ki, bu barədə London Universitetinin alimləri araşdırma aparıblar. &nbs...