Şahdağda 200-ə yaxın şəhid ailəsinin üzvləri üçün tədbir təşkil edildi - FOTOLAR

Şahdağda 200-ə yaxın şəhid ailəsinin üzvləri üçün tədbir təşkil edildi - FOTOLAR

Dövlət Turizm Agentliyinin tabeliyindəki "Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə Bakı və Abşeron rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailə üzvləri üçün tədbir keçirilib.

 

Agentlikdən Sfera.az-a verilən məlumata görə, “Mənim atam qəhrəmandır, mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində təşkil olunan sosialyönümlü tədbirdə 200-ə yaxın Vətən müharibəsi şəhidinin ailə üzvləri iştirak edib.

 

3 günlük tədbir çərçivəsində şəhid ailələri üçün kompleks ərazisinə ekskursiya təşkil edilib, müxtəlif atraksionlardan, kanat xətlərindən istifadə imkanı yaradılıb, eləcə də təlimçilər tərəfindən xizəksürmə vərdişləri və texnikası öyrədilib, tanınmış müğənnilərin iştirakı ilə musiqili-əyləncəli proqramlar təşkil edilib.

 

Həmçinin Vətən müharibəsi şəhidlərinin uşaqları üçün interaktiv oyunlar keçirilib, taxta fiqurların rənglənməsi və kulinariya üzrə master-klaslar təşkil olunub.

 

Tədbirin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütovlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən qəhrəmanların bizlərə əmanəti olan övladlarını sevgi və qayğı ilə əhatə etmək, diqqət və qayğıdan kənar saxlamamaq, onlara xoş və yaddaqalan günlər bəxş etməkdir.

 

Qeyd edək ki, sayca 4-cü dəfə təşkil olunan sosialyönümlü tədbirin davamı olaraq 2024-cü ildə "Şahdağ” Turizm Mərkəzi tərəfindən bu formatlı daha 2 tədbirin keçirilməsi nəzərdə tutulub.

 

 


OXŞAR XƏBƏRLƏR

Günel türk mediasına yeni biznesini AÇIQLADI

Müğənni Günel Zeynalova İstanbulda Vadistanbulda görüntülənib.   İfaçı jurnalistlərin suallarını cavablandırıb. Pandemiya dövründə evdə boş qalmadığı...

Ceremi Klarkson ikinci dəfə Britaniyanın ən seksual kişisi seçildi

Ceremi Klarkson Britaniyada yenidən ilin ən seksual kişisi seçilib.   Sfera.az xəbər verir ki, “Encounters” tanışlıq saytının illik sorğu...

"Şəxsiyyət ola biləcək aparıcılarımız azdır" - Nailə İslamzadə

Əməkdar artist Nailə İslamzadə "Həftənin qonağı" verilişində qonaq olub.   Sfera.az xəbər verir ki, aparıcı həmkarlarından danışıb. &quo...

Bu yolda yarımdairə ləğv edilir - VİDEO

Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində dar boğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün...

Əməkdar artist vəfat edən xanımından danışdı

"İlahiyə təşəkkür edirdim bu sevgi, xoşbəxtlik və İranə üçün. Çünki Allah mənə nə yaxşı şey veribsə, hamısı İranənin timsalında olub. Ən böyük sevgini onun...

Azərbaycanda anemiya xəstəliyi olan şəxslərin sayı AÇIQLANDI

2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla 56 124 nəfər anemiya xəstəsi qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statis...