Bu gün Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək

Bu gün Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək

Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək.

 

Sfera.az-ın məlumatına görə, yarışın sonuncu günündə ilk olaraq "Formula 2" pilotları mübarizə aparacaq.

 

Ardınca isə əsas mərhələ start götürəcək. Saat 14:44-də açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 15:00-da "Formula 1"də əsas yarış start götürəcək və yekunda qalib müəyyənləşəcək.

 

Azərbaycan Qran-prisi

 

12 iyun

 

"Formula 2"

 

11:05 - 12:10. Əsas yarış

 

“Formula-1”

 

14:44 - 14:46. Dövlət Himni mərasimi

 

15:00. Əsas yarış

 

"Formula 1"də təsnifat mərhələsinin yekunlarına əsasən, "Ferrari" pilotu Şarl Lekler birinci, "Red Bull" pilotları Serxio Peres və Maks Ferstappen 2-3-cü yerləri tutub.

 

"Formula 2"də sprint yarışında isə "ART Grand Prix" komandasından Frederik Vesti 21 dövrənin yekununda bütün rəqiblərini qabaqlayıb.

 

"Prema Racing"dən Jan Daruvala ikinci, "Carlin"dən Liam Louson üçüncü yeri tutub.

 

"Formula 1"də "Red Bull" komandasında çıxış edən hazırkı dünya çempionu Maks Ferstappen 125 xalla liderdir. "Ferrari"dən Şarl Lekler 116 xalla ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres 110 xalla üçüncü pillədə qərarlaşıb.

 

"Formula 2"də isə müvafiq sıraları "MP Motorsport"dan Felipe Druqoviç, "ART Grand Prix"dən Teo Purşer və "Prema Racing"dən Jan Daruvala tutur.

 

Bakıdakı əvvəlki yarışlarda "Mercedes"in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, "Red Bull"un keçmiş pilotu, hazırda "McLaren"da çıxış edən Daniel Rikkardo (2017), "Mercedes"dən Lüis Hemilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və "Red Bull"da çıxış edən Serxio Peres (2021) qalib olub. 2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə ləğv edilib.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan “Avroviziya 2024”də xalları hansı ölkələrə verdi?

Xəbər verdiyimiz kimi, ötən gün “Avroviziya 2024”ün finalı baş tutub.   Sfera.az xəbər verir ki, münsiflər heyətinin verdiyi xalları 2009...

DİN-dən vətəndaşlara xəbərdarlıq - VİDEO

Daxili İşlər Nazirliyi vətəndaşlara, o cümlədən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, bununla bağlı nazirlik so...

Xanımların nəzərinə: Ən sadiq kişilər bu bürclər altında dünyaya gəlir

Qadınlar üçün güvən məsələsi çox önəmlidir. Qarşı tərəfə inamla bağlı narahatlıqlar boşanmalara səbəb olur. Buna görə də, ən etibarlı bürclər barədə məlumatlı o...

Maqnit qasırğaları İlon Maska da ZİYAN VURDU

Xəbər verdiyimiz kimi, şənbə gecəsi Yer son iyirmi ilin ən böyük geomaqnit qasırğası ilə üzləşib.   Sfera.az xəbər verir ki, günəş aktivliyi hət...

Tramp hamını qorxutdu: “ABŞ təhlükə altındadır”

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hesab edir ki, ölkənin hazırkı lideri Co Bayden noyabrda keçiriləcək seçkilərdə qalib gələrsə, ABŞ təhlükə altında qalaca...

Belqorod atəşə tutuldu: 4 ölü, çoxlu sayda yaralı var

Ukrayna Ordusu Rusiyanın Belqorod şəhərinə zərbə endirib.   Sfera.az xəbər verir ki, raketlərdən biri Şors küçəsindəki yaşayış binasına düşüb və...