Əliabad-Xırmandalı-Bəydili avtomobil yolu yenidən qurulur - FOTOLAR

Əliabad-Xırmandalı-Bəydili avtomobil yolu yenidən qurulur - FOTOLAR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunu yenidən qurur.

 

Sfera.az xəbər verir ki, uzunluğu 11 km təşkil edən Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun eni 6 metrdir və IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir.

 

Uzun illər istismar olunmasına baxmayaraq, əsaslı şəkildə təmir olunmayan yol çınqıl örtükdən və torpaq əsasdan ibarət idi. Bu səbəbdən yolda əmələ gələn çalalar, çökmələr, qabarmalar nəqliyyatın hərəkətində, ən əsası 4 yaşayış məntəqəsinin 19 mindən çox əhalisinin yoldan istifadəsində çətinliklər yaradırdı.

 

Layihə çərçivəsində yolun deformasiyaya uğramış hissələri yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı karxana çınqılı materialı tökülərək torpaq yatağının bərpası, əks-dolğu və kipləşdirmə işləri aparılır. Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşa edilir. Artıq yolun 3 km-lik hissəsində sadalanan işlər yekunlaşdırılaraq 2 qat, yolun 2 km-lik hissəsində isə 1 qat asfalt-beton örtüyü döşənib.

 

Tikinti zamanı 63 mövcud suötürücü borunun bərpası aparılıb. Layihə üzrə Balhari çayı üzərində uzunluğu 10, eni 9 metr və yolun 5-ci km-də uzunluğu 20, eni 2,50 metr olmaqla 2 ədəd suötürücü qurğu tikilib. Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və istifadəyə veriləcək.

 


OXŞAR XƏBƏRLƏR

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ZİYARƏT ETDİ

Azərbaycanda rəsmi səfərdə olan Slovakiyanın Baş naziri Robert Fitso mayın 7-də Şəhidlər xiyabanını ziyarət edib. Sfera.az xəbər verir ki, Baş nazir Robert...

Narkotikin təsiri altında avtomobil sürənlər SAXLANILDI - FOTO 

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü müəyyən edilib.   DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan S...

Robert Fitso: "Biz təkcə Azərbaycandan deyil, Ukraynadan da qaz idxal etmək istəyirik"

Biz təkcə Azərbaycandan qaz almaq istəmirik, biz qazı Ukrayna ərazisindən Slovakiyaya idxal etmək istəyirik və bu məsələdə Sizin konstruktiv yanaşmanızı çox yük...

MN: "“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşüb"

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES - 2024”...

Rusiya bu ölkə ilə ticarəti 240 milyard dollara çatdırıb – RƏQƏMLƏR

Çin və Rusiya arasında ikitərəfli ticarətin həcmi 2023-cü ildə 240 milyard 100 milyon dollara çatıb. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu h...

“Aşk-ı Memnu”nun məşhur aktrisası TANINMAZ HALDA - FOTOLAR

Bir vaxtlar izlənmə rekordu qıran “Aşk-ı Memnu” serialının aktrisası Pelin Ermiş imicini dəyişib.   Sfera.az Türkiyə mətbuatına isti...