Logo

Rüfət Əzizov onu direktor təyin etdi - FOTO

Rüfət Əzizov onu direktor təyin etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni təyinat olub.

Sfera.az xəbər verir ki, ADNSU-nun rektoru Rüfət Əzizovun müvafiq əmri ilə Yusif İbrahimov SABAH.city çərçivəsində ADNSU-nun nəzdində yaradılan Süni İntellekt İnstitutunun direktoru təyin edilib.

Kompüter elmləri üzrə bakalavr təhsilini ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Strasburq Universiteti ilə ikili diplom proqramı çərçivəsində alan Y.İbrahimov 2022–2025-ci illərdə Böyük Britaniyanın York Universitetində Kompüter elmləri üzrə PhD təhsili alıb.

Onun əsas elmi-tədqiqat istiqamətlərini süni intellekt, dərin öyrənmə, təbii dil emalı və böyük dil modelləri təşkil edir.\\unikal

Rüfət Əzizov onu direktor təyin etdi - FOTO — foto 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR