Azərbaycanda “meymun çiçəyi” ilə bağlı epidemioloji vəziyyət yaranacaq? - Professordan AÇIQLAMA

Azərbaycanda “meymun çiçəyi” ilə bağlı epidemioloji vəziyyət yaranacaq? - Professordan AÇIQLAMA

Koronavirus epidemiyası ilə mübarizə hələ də davam edərkən, son həftələrdə daha bir potensial təhlükəli virus – "meymun çiçəyi" ortaya çıxıb. Artıq Belçikada virusula bağlı kritik qərar qəbul edilib. Qərara əsasən, xəstəliyə yoluxanlar 21 gün məcburi karantində qalacaqlar.

 

Maraqlıdır, “meymun çiçəyi” növbəti pandemiya ola bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən tibb elmləri doktoru, professor Musa Qəniyev deyib ki,  bu virus “orthopoxvirus”lar ailəsinin insanlara yoluxa bilən dörd növündən biridir və onun insanlarda ilk dəfə tapılmasından düz 50 il  keçir:

 

“Yəni bu müddətdə o, insanlar arasında epidemik yayılmaya səbəb olmayıbsa, hazırda bu halın başvermə ehtimalı yoxdur. Bunu, hətta virusun 220 nuklein əsaslı cüt zəncirli DNT kodunun genom strukturunun sıralanma ardıcıllığının ilkin təhlili belə, söyləməyə əsas verir. Çünki, virusun genom quruluşunun sıralanma ardıcıllığında, aqressiv mutatik fəallığı təsdiq edən substruktur dəyişiklik və ya  kəmiyyət, keyfiyyət fərqliliyi müşahidə olunmur.  “Meymun çiçəyi” virusunun indiyə qədər geniş yayılmamasının səbəbini, ola bilər ki, insanların “təbii çiçək” virusuna qarşı peyvənd almaları ilə əsaslandırsınlar. “Təbii çiçəyə” qarşı peyvənd, həm də “meymun çiçəyinə” qarşı baryerdir”.

 

Mütəxəssis bildirib ki, 1980-cı ildən başlayaraq günümüzə qədər, hər 2-4 ildən bir sporadik olsa belə, “meymun çiçəyi” virusuna, dünyanın müxtəlif ölkələrində yoluxma halı olur:

 

“Bunlardan yoluxma sayına görə, ən böyüyü, 2003-cü ildə ABŞ-da (81 nəfər) və 2017-ci ildə Nigeriyada (172 nəfər) olub, lakin ölüm faktı qeydə alınmayıb. Hazırda isə “meymun çiçəyi” virusu ilə bağlı ölkəmizdə narahatlıq doğura biləcək qorxulu epidemioloji vəziyyət yoxdur və heç vaxt da olmayacaq”.

 

Xatırladaq ki, bu virus ilk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində sporadik epidemiyalar qeydə alınıb.

 

Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezident Almaniyaya Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü BİLDİRDİ

Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi ...

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə TƏŞƏKKÜR ETDİ

Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir.   Sfera....

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...