Bu veb-simpoziumla bağlı tədbirlər görüləcək - AMEA

Bu veb-simpoziumla bağlı tədbirlər görüləcək - AMEA
Sosial şəbəkələrdə mart ayının 3-4-də erməni dağlığı və bitişik ərazilərin xalqlarının xristian tarixi-mədəni irsinə dair beynəlxalq veb-simpozium keçirilməsi haqqında məlumat yayılıb. Simpoziumun adı ilə tanışlıq məqsədyönlü şəkildə tarixi həqiqətin təhrif edilməsi haqqında ilk təəssürat yaradır. Nə tarixi, nə də coğrafi baxımdan belə bir ad və ərazi var.

Bu barədə Sfera.az-a AMEA Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilir ki, tədbirin təşkilatçıları, mövzuları və iştirakçılarının siyahısı bu təəssüratı daha da dərinləşdirir: "Məlumatda təşkilatçılar kimi Avropanın erməni ittifaqı forumu (İsveçrə), Eçmiədzin monastırı, Vyana klubu-Panavropa Siyasi-iqtisadi analiz və proqnozlar mərkəzi-Sülhün müdafiəsi alyansı (Slovakiya) təqdim edilir. Simpoziumun keçirilməsinə dair xülasə və məqsəd onun elmilikdən daha çox siyasi və ideoloji platforma olduğunu təsdiq edir. Bu informasiyanın erməni dililə yanaşı, rus və ingilis dillərində yayılması isə iştirakçılar ilə birgə, kənardan da daha çox diqqəti cəlb etməyə hesablanıb. Veb-simpoziumun sədrləri, məsul katibləri, təşkilat komitəsinin üzvləri nəinki erməni, o cümlədən dünyanın bir sıra ölkələrindən olub, ermənipərəst mövqeyi ilə tanınan bir çoxlarını eyni foruma toplayaraq, vahid mövqedə birləşdirmək və daha təsirli görünmək istəyini ifadə edir.

Veb-simpoziumun mövzuları ilə tanışlıq onun müəyyən edilmiş adının əsil məqsədini ortaya çıxarır və mahiyyət etibarı ilə anti-Azərbaycan ideyasını göstərir. Bu simpozium elmi etika bir tərəfə, hətta siyasi-ideoloji əxlaqın da elementar tələblərini pozaraq, orada nəzərdə tutulan çıxışlara məqsədyönlü şəkildə istiqamət verir. 1-ci mövzu kimi Qafqaz Albaniyası tarixinin saxtalaşdırılması və Azərbaycan ilə əlaqə təqdim olunur. Burada xalqların (talışlar, udinlər, ləzgilər və b.) tarixi, ötən əsrin 50-ci illərindən başlayaraq Azərbaycan tarixinin saxtalaşdırılması adı ilə əvvəlcədən müəyyən edilmiş fikirlər təlqin olunur. İkinci mövzuda isə xristian abidələrinin mühafizəsi adı ilə yenə də Azərbaycan tarixini, bu pərdə altında Azərbaycan dövlətini hədəf alan başlıqlar verilir".

Simpozium erməni və ermənipərəst qüvvələrin revanşist dairələrinin anti-Azərbaycan mübarizəsində yeni bir cəbhə açmaq niyyətini ortaya qoyur: "Bu həm də onunla təsdiq olunur ki, simpoziumda Azərbaycan tarixi, onun bir sıra fundamental problemləri mövzuya çevrildiyi halda, Ermənistan Tarix institutu orada geniş təmsil olunur, AMEA-nın Tarix İnstitutundan isə mütəxəssislər dəvət edilmir. Bu, əslində məhz veb-simpoziumun təşkilatçılarının birtərəfli qaydada müzakirələr açmaq yolu ilə saxtalaşdırıcının kimlər olduğunu göstərir.

AMEA Tarix İnstitutu bütün bunları nəzərə alaraq, veb-simpoziumun təşkilatçılarına öz etirazını bildirəcək, Azərbaycan tarixinin təhrif edilməsinə qarşı beynəlxalq alyans formalaşdırılması əleyhinə prinsipial mövqeyini ortaya qoyacaq, onun baslıca müddəalarını həqiqi elmi platformalarda daima ifadə edəcəkdir. Ən qısa zamanda bu simpoziumun anti-elmi məqsədlərinin əksinə olaraq, Azərbaycan həqiqətlərini əks etdirəcək müvafiq tədbirlər həyata keçiriləcəkdir. Azərbaycan dövlətinin multikultural siyasəti, Azərbaycan xalqının ümumbəşəri dəyərlərə sədaqəti, burada yaşayan bütün xalqların həm tarixən, həm də müasir dövrdə Azərbaycan dövlətçiliyi naminə sarsılmaz birliyi bu həqiqətlərin əsas qayəsini təşkil edir”.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndinə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...