Bu il yay tətili neçəyə başa gələcək? - QİYMƏTLƏR

Bu il yay tətili neçəyə başa gələcək? - QİYMƏTLƏR
2020-ci ildə olduğu kimi bu il də yay tətilində istirahət etmək istəyən insanların böyük hissəsi daxili turizmin imkanlarından faydalanmalı olacaq. Hələ də xaricə səfərlərə məhdudiyyətin qalması, eyni zamanda xaricə səfər etməyin əvvəlki dövrlərə nisbətən böyük xərc tələb etməsi xarici səfərlərin sayını kəskin azaldıb. 

Xarici səfərlərdə əsas xərclərdən birini təşkil edən hava sərnişindaşıma xərcləri bu il bir neçə dəfə bahalaşıb. MDB ölkələrinə bir səfərin qiyməti 1253 manata, digər xarici ölkələrə 746 manata yüksəlib. 

Çətin vəziyyət xaricə istirahət turlarının bahalaşmasına da səbəb olub. 2020-ci ilin yay aylarında bir istirahət turunun orta qiyməti 470 manat olduğu halda 2021-ci ilin mayında 502 manatı ötüb. Dinamika göstərir ki, xarici turların qiyməti iyun, iyul və avqust aylarında bir qədər də yüksələcək. 

Xərclərin artması ölkəmizdən xaricə gedən turistlərin sayını 6 dəfə azaldıb. Rəsmi məlumatlar göstərir ki, azsayda səfərlər olub və bu səfərlərdə əsas məqsəd istirahət yox, əsasən işgüzar və ticarət olub. 

Buna görə də mövcud şərtlər daxilində yay tətilini keçirmək istəyən insanların böyük əksəriyyəti ölkədaxili məkanlara üz tutacaq. 

Bəs, ölkə daxilində yay tətili bir nəfərə neçəyə başa gələcək?

Sfera.az bildirir ki, tətil xərclərini müəyyənləşdirmək üçün standart meyar yoxdur. Xərclər bir neçə hissədən ibarətdir və burada əsas paya nəqliyyat, qidalanma, yerləşmə xərcləri sahibdir. Bu xərclər tətil xərclərinin təxminən 80 faizini formalaşdırır.

İstirahət edənlər üçün ən ucuz variant ölkədaxili birgünlük turlardır. Bu turlara nəqliyyat və səhər yeməyi daxildir. Hazırda Qubaya avtobusla birgünlük turun qiyməti 24 manat, Qəbələyə 27 manat, Qusara və ya Lerikə 28 manatdır. 

İkigünlük turlarda qiymətlər daha yüksək olur. Artıq bura nəqliyyat və 2 dəfə səhər yeməyindən başqa hoteldə gecələmə, əyləncəli oyunlar, ekskursiyalar daxildir. Bu şərtlər daxilində Lerik və ya Qəbələ turu 85 manat, Göygöl turu 80 manata başa gəlir. 

Bu cür turlar zamanı turist nahar və şam yeməyinin xərcini özü ödəməlidir. Nahar və şam yeməyini də nəzərə aldıqda birgünlük tur 38-40 manata, ikigünlük tur 100-110 manat başa gəlir. Qeyd edilən xərclər minimum qiymətlər əsasında hesablanıb. Orta qiymətlər götürdükdə isə birgünlük tətil xərcləri daha yüksək olur. 

Dövlət Statistika Komitəsinin araşdırmasına görə Azərbaycanda daxili turizm xərcləri bir səfərə görə təxminən 112 manatdır. Belə ki, ötən il əhali ölkə daxilində 5,426 milyon dəfə səfər edib. Burada səfər anlayışı birgünlük tətili nəzərdə tutur. Səfərlər zamanı ümumilikdə 606 milyon manat xərclənib. 

Çəkilən xərcin ən çox hissəsi nəqliyyata gedib. Nəqliyyat xərcləri 197 milyon manat və ya bir səfərə düşən xərc 36 manat təşkil edib. Cəmi xərclərin 32 faizi nəqliyyat xərclərindən ibarətdir. 

Qidalanma ümumi xərclərin 27 faizini təşkil edib və bir səfərə düşən xərc 30 manat olub. Əhali səfər zamanı qidalanmaya 163 milyon manat xərcləyib. 
Yerləşmə xərcləri 106 milyon manat olub. Bir səfərə düşən yerləşmə xərci 20 manat təşkil edib. 

Adıçəkilən xərclərdən başqa daxili səfərlər zamanı idman və əyləncə xərcləri (9 manat), mədəniyyət xərcləri (3 manat) də olub. 

Göründüyü kimi, minimum qiymətlərlə bir nəfərin birgünlük yay tətili 40 manata, gecələmə olduqda 50 manata başa gəlir. 

Vasif
Sfera.az


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

SOCAR yanacağın qiymətinin artırılmasının səbəbini AÇIQLADI

Azərbaycanda "A-98 SUPER” və "A-95 PREMİUM” yanacaq növlərinin bahalaşması mənbə ölkədə qiymət artımı ilə əlaqədardır. Sfera.az xəbər verir ki, bunu çıqla...

Metroda gediş haqqı 75 qəpiyə qaldırılır?

"Bakı Metropoliteni”nin açıqladığı maliyyə göstəricilərindən belə məlum olur ki,  şirkətin zərərdən çıxması üçün gediş haqqı 2 dəfədən çox artırılmalıdır. ...

Bu il yay tətili neçəyə başa gələcək? - QİYMƏTLƏR

2020-ci ildə olduğu kimi bu il də yay tətilində istirahət etmək istəyən insanların böyük hissəsi daxili turizmin imkanlarından faydalanmalı olacaq. Hələ də xari...

Toylar 1,2 milyard manatlıq əlavə dövriyyə yaradacaq – Bu məhsullar bahalaşacaq

Bu ilin iyulun 1-dən toylara icazə verilməsi aylıq dövriyyəsi 100 milyon manatdan artıq olan biznes sektorunun canlanmasına səbəb olacaq. Toy, əyləncə, nişan, a...

Bu qurumlar büdcəni “boşaldır” – SİYAHI

Əvvəlki illərdə olduğu kimi 2020-ci ildə də dövlət şirkətlərinin dövlət büdcəsinə ödədiyi vəsaitin məbləği büdcədən aldığı vəsaitin məbləğindən xeyli dərəcədə a...

“Uşaqpulu” vermək üçün dövlətə nə qədər pul lazımdır?

"Uşaqpulu”nun yenidən bərpa edilməsi ilə bağlı təkliflər son günlər sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biridir.  Rəylərdən məlum o...