Bu gün UEFA avrokuboklar və AVRO-2020 ilə bağlı qərar verəcək

Bu gün UEFA avrokuboklar və AVRO-2020 ilə bağlı qərar verəcək
 

Bu gün UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası işə başlayacaq. 

Sfera.az  xəbər verir ki, toplantı iki mərhələdən ibarət olacaq. Əvvəlcə 2019/2020 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının 1/8 final mərhələləri, eyni turnirlərin 2020/2021 mövsümü üçün təsnifat, pley-off və qrup mərhələləri ilə bağlı məsələyə baxılacaq.

 

Hazırkı mövsüm Çempionlar Liqasında 1/4 final final oyunları, qadınlar arasında 2020/2021 Çempionlar Liqası mövsümünün və 2019/2020 UEFA Gənclər Liqasının qalan oyunlarının təqvimi də müzakirə ediləcək.

Bundan başqa, yığma komanda yarışlarından AVRO-2020-nin keçirilmə yeri və oyunlarının təqvimi, AVRO-2020-nin pley-off mərhələsi, UEFA Millətlər Liqasının 2020/2021 mövsümünün təqviminin yenidən qurulması, 21 yaşadək futbolçular arasında Avropa çempionatının təqvim və formatı, 2019/2020 mövsümündə 17 yaşadək qızlar arasında və 19 yaşadək oğlanlar arasında Avropa çempionatının təqvim və formatı, futzal yarışlarına dair yenilənmiş informasiya məsələləri gündəlikdə yer alıb.

İkinci iclas gününün əsas müzakirələri isə 2022-ci il dünya çempionatının seçmə mərhələsinin püşkatma proseduru, klub lisenziyalaşması və Maliyyə Feyr-Pleyi qaydaları, UEFA-nın rəhbər tələbləri ətrafında aparılacaq.

İlk günün yekununda UEFA prezidenti Aleksander Çeferin Bakı vaxtı ilə saat 17:30-da mətbuat konfransı keçirəcək. 


OXŞAR XƏBƏRLƏR

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...