\"Bu görüş İrəvanın arzuladığı taktikanı pozacaq\" - AÇIQLAMA

\
Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan arasında növbəti görüş planlaşdırılır. 
 
Hələlik tarixi məlum olmayan görüşlə bağlı fikirlərini Sfera.az-a açıqlayan politoloq Qabil Hüseynli bildirdi ki, bu görüş İrəvanın arzuladığı taktikanı pozacaq:
"Görüşdə yəqin ki, Ermənistan Azərbaycan münasibətlərinin bütün kompleksinə toxunulacaq. Həm 10 noyabr üçtərəfli razılaşmasının necə yerinə yetirildiyi müzakirə ediləcək, həm də son zamanlar iki dövlətin sərhədində baş verən insidentlər, xüsusən də Ermənistanın atəşkəsin pozulması ilə müşayiət olunan təxribatları müzakirə predmeti olacaq”. 

Həmsöhbətimiz düşünür ki, bu müzakirələr nəticəsində hansısa bir ortaq məxrəcə gəlmək mümkün olacaq: 

"Hazırda isə vəziyyət daha da gərginləşməkdə davam edir. İrəvan məsələni mümkün qədər beynəlmiləlləşdirmək, dünyanın probleminə çevirmək və prosesə digər dövlətləri də cəlb etməyə çalışır. Bu məqsədlə də aranı qızışdırırlar. Moskvanı isə İrəvanın bu hərəkəti, onun digər dövlətləri də prosesə cəlb etmək cəhdləri narahat edir. Ona görə Rusiya da prosesin öz nəzarətindən kənara çıxmasına yol  verməmək üçün növbəti üçtərəfli görüşdə maraqlıdır”. 

Q.Hüseynlinin fikrincə, həmin görüşdə Ermənistanın Fransa və digər başqa ölkələrin də bölgəyə cəlb edilməsi istəyinə son qoyula bilər: 

"Bu görüş hər halda İrəvanın düşündüyü taktikanı pozacaq. Görüşdə həmçinin, sülh müqaviləsinin bir çox aspektləri də müzakirə edilə bilər”. 

Rüfət SULTAN
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...

Prezident: "Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq"

2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə...

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.   Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba K...

Olaf Şolts: "Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir"

Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir.   Sfera.az xəbər verir ki, bunu Almaniya Federativ Respubli...