Britni Spirs məhkəmədə atası ilə bağlı dəhşətli ittihamlar səsləndirdi

Britni Spirs məhkəmədə atası ilə bağlı dəhşətli ittihamlar səsləndirdi
Amerikalı ulduz Britni Spirs atası ilə bağlı məhkəmədə ilk dəfə danışıb.
 
Sfera.az bildirir ki, müğənni 13 ildir ona qəyyumluq edən Ceymi Spirsin bu hüququnu mənfiyə istifadə etdiyini, həyatının hər hissəsinə nəzarət etdiyini deyib. 39 yaşlı Britni atasını daha çox uşaq sahibi olmaqla bağlı onu əngəlləməkdə və istəmədiyi halda dərman atmağa məcbur etməkdə ittiham edib.

Los Ancelesdə keçirilən məhkəmədə telefonla video görüntülü iştirakı təmin edilən müğənni yaşadığı travmalardan və günlərlə ağladığından söz açıb. O, hakimə müraciət edərək "həyatımı geri istəyirəm” deyib. "Bu qəyyumluğu hazırkı vəziyyətimə rəğmən dayandırmaq istəyirəm. Həyatımı yaşamağa haqqım var. Ömrüm boyu çalışdım, indi də 2-3 il fasilə etməyə layiqəm” , deyə Spirs qeyd edib. O, həmçinin sevgilisi ilə evlənmək, uşaq sahibi olmaq istədiyini, lakin qəyyumluq məsələsinin buna mane olduğunu söyləyib.

Spirsin ifadəsinə görə, atasının qəyyumluğu ona ciddi ziyan vurub: "Xoşbəxt deyiləm, yata bilmirəm. Çox əsəbiyəm və hər gün ağlayıram”.

Qeyd edək ki, Ceymi Spirs 2008-ci ildə məhkəmə qərarı ilə psixoloji problem yaşayan və xəstəxanaya yerləşdirilən Britninin qəyyumluğunu almışdı. 2019-cu ildə Ceymi səhhətində olan problemlərə görə qəyyumluqdan imtina etmişdi, lakin bu müvəqqəti idi. Britni Spirs hazırda qəyyumluğunun həmişəlik köməkçisi Codi Montqomerə verilməsini tələb edir.

Türkan
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...

Prezident: "Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq"

2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə...

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.   Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba K...