\"Bolt\" sürücüləri Bakıda etiraz aksiyası keçirdi – “Xəzər” Tv-nin qarşısına toplaşdılar + FOTO

\
"Bolt" şirkəti ilə əməkdaşlıq edən taksi sürücüləri bu gün Bakıda etiraz aksiyası keçirib.

Sfera.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə,  "Xəzər” televiziyasının qarşısında toplaşan taksi sürücüləri qiymətlərin çox aşağı olmasından narazıdır.
 
"Bolt" sürücüləri etirazlarını onunla əsaslandırıb ki, müştərilərin getdiyi məsafə qarşılığında ödənilən məbləğ həddən artıq azdır. Bu nəinki onlara sərf etmir, heç yanacağın pulunu da qarşılamır.
 
Aksiya iştirakçısı taksiçilərindən birinin dediyinə görə, bu vəziyyət yalnız şirkətə və vətəndaşlara sərf edir:

"Təəssüf ki, bu vəziyyət uzun müddətdir ki, belədir. Bəzən çox uzaq məsafələrə sifariş qəbul edilsə də bizə ödənilən məbləğ həddən artıq az olur. Biz də evimizə çörək aparırıq. Bundan əlavə sürdüyümüz maşınların gündəlik benzin və aylıq təmir xərcləri olur. Mövcud vəziyyət qarşısında isə əlacsız qalmışıq. Məsələ ilə bağlı bizə yardım göstərən yoxdur"
 
Taksi sürücüləri vətəndaşların bəzən haqsız yerə onların xidmət göstəricisi olan ulduzları kəsdiyindən də şikayətlənib. Sürücülər bildirib ki, aksiyanı "Xəzər” televiziyasının qarşısında keçirməkdə məqsədləri bu yolla medianın diqqətini qarşılaşdıqları haqsızlığa çəkməkdir.


 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...