BNA əməkdaşları böyük tıxaca səbəb oldu - İnsanların həyatı təhlükəyə atıldı - Foto

BNA əməkdaşları böyük tıxaca səbəb oldu - İnsanların həyatı təhlükəyə atıldı - Foto

Bu gün səhər saatlarından metronun "Koroğlu” stansiyası yaxınlığında üzü şəhər istiqamətində böyük tıxac yaranıb.

Sfera.az-ın məlumatına görə, buna səbəb metronun yaxınlığında yerləşən və avtomobillərin dayandığı əraziyə girişin dayandırılmasıdır.

Belə ki, sözügedən metrostansiyanın yaxınlığındakı ərazi bir müddət əvvəl iki hissəyə bölünüb. Kiçik hissə marşrut avtobusları üçün ayrılıb. Avtobuslar oradan keçərək "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə üz tuturlar. Digər böyük hissədə isə Bakının kənd və qəsəbələrindən gələn minik avtomobilləri dayanaraq sərnişinləri düşürür və hərəkətə davam edir. Elə həmin hissəyə girişin qadağan olunması nəticəsində minik maşınları sərnişinlərini düşürtmək üçün yolun hərəkət hissəsində dayanmaq məcburiyyətində qalırlar. 

Nəticədə üzü şəhər istiqamətində olan yolda avtomobillər 2-3 sıra dayanaraq yolda böyük tıxacın yaranmasına səbəb olublar. Təxminən "Sabunçu keçidi” adlanan ərazidən "Koroğlu” metrosuna kimi olan yolda böyük tıxac yaranıb. Hətta sərnişinlərini düşürtmək üçün avtomobilini yolun yüksək sürətli hissəsində də saxlayan sürücülər də olub. Oradan düşüb metroya gəlmək istəyən insanların da həyatı üçün təhlükə yaranıb.

Girişin qadağan olunduğu ərazidə isə Bakı Nəqliyyat Agentliyinin (BNA) avtomobilləri və əməkdaşları dayanıb. Sizə həmin görüntüləri təqdim edirik. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...

Prezident: "Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq"

2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə...