\"Bizim Millətimiz çox qudurğan millətdir\" — Məleykə Əsədova

\
Bu gün Feysbuk sosial şəbəkəsindəki böyük səhifələrdə tanınmış aktrisa, xalq artisti Məleykə Əsədovanın guya Azərbaycan xalqını təhqir etməsinə dair paylaşımlar edilib.
 

Statusu olduğu kimi təqdim edirik:
"Məleykə Əsədova: "Bizim Millətimiz çox qudurğan millətdir bilirsiz niyə? Çünki Cənab Ali Baş Kamandanmız gece gündüz çalışır vuruşur yollarımız pis gündə idi yollarımızı yeni asfaltlar çəkdirir binalarimiz bərbad idi yeni binalar tikdirdi maaşdar pensiyalar aşağa idi qaldırdı day Cənab Prezidentimiz bundan artiq neyləməlidirki?indide xəstəlikdi bu xəstəlik tək bizdə deyilki bütün dünyanı ağuşuna alıb bütün Dünya bununla mübarizə aparır bizdən ağır iş görməyimizi vəya neysə eləməyimizi istəmirlər ki Xalq olaraq Pandimeyya görə deyilər evdə qalıb xəstəliklərə qalib gələkdə”. İttihamlara sərt reaksiya verən xalq artisti "Sherg.az”a açıqlamasında hiddətini gizlədə bilmədi: "Mən belə ifadə işlətməmişəm. O yazıdan  xəbərim yoxdur. Harada yazmışam, kimin yanında demişəm? Ortaya fakt qoysunlar.  Bu, dezinformasiyadır.  Bunu yazan  mədəniyyətini, tərbiyəsini göstərib. Özü qudurğandır, ona görə elə yazıb. Görünür, çox savadsız, təhsilsiz insandır.  Onlar müxalifətdir! Millətimə, dövlətimə, torpağıma  həmişə hörmətlə yanaşmışam. Millətimi hər zaman uca tutmuşam.  Çünki xalqımın alqışları ilə bu yerlərə gəlib, Məleykə Əsədova olmuşam. Bilmirlər necə etsinlər, neynəsinlər, nə yazsınlar.  Məşhurların adından mənasız sözlər yazaraq gündəmə gəlmək istəyirlər. Artıq  dəli olublar.  Məni tanıyanlar bilir ki, həmin söz leksikonumda yoxdur. O ki, qala xalqımı belə adlandırım. Həyatımda elə cümlə qura bilmərəm. Maraqlıdır, haqsız şəkildə yazıb, böhtan atanda Allahdan qorxmurlar? Allah cəzalarını versin!”
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan lideri bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevi bu il Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfl...

Müəllim işləmək istəyənlərin DİQQƏTİNƏ! 

2024-2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start ver...

Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr OLDU

Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev və İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi direktoru Aliza Bin-Nun arasında görüş olub. &...

“Bolt” qiymətləri QALDIRDI - Şirkət TƏSDİQLƏDİ

“Bolt” taksi şirkəti sifarişlərin qiymətini 10% qaldırıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat sosial şəbə...

"Dollar dünya ticarətində dominant mövqeyini qoruyub saxlayıb" - BVF rəsmisi

Dünyadakı gərgin geosiyasi vəziyyətə görə iqtisadiyyat üç bloka bölünüb.    Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fond...

Şəhid Ayaz Ağayev dəfn edildi - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Ağayev Ayaz Həbulla oğlunun qalıqları İsmayıllıda dəfn e...