Birinci vitse-prezident autizm sindromlu uşaqlarla bayram şənliyində - FOTO

Birinci vitse-prezident autizm sindromlu uşaqlarla bayram şənliyində - FOTO
 
Dekabrın 30-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nərimanov rayonunda "Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində olublar.

Sfera.az  xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramını Heydər Əliyev Fondunun dəstəyilə fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində qeyd etdi.

Autizmli uşaqlar öz istedadlarını nümayiş etdirdilər.

Birinci vitse-prezident Mehriban Əliyeva Mərkəzin nəzdində fəaliyyət göstərən xor kollektivi ilə birgə mahnı ifa etdi.

Sonra Mehriban xanım Əliyeva uşaqlarla birgə tort bişirdi, onlarla söhbət etdi.
ƏTRAFLI
Adsgarden.com

Mərkəzin yetirməsi olan, hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin ikinci kursunda təhsil alan Əlisahib Bayramov və digər uşaqlar pianoda müxtəlif musiqilər ifa etdilər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da musiqi ifa etdi.

Daha sonra Birinci vitse-prezident autizmli uşaqlarla birgə bişirdikləri tortu çay süfrəsi arxasında daddılar.

İctimai Birliyin sədri Aytən Eynalova bildirdi ki, hazırda bu Mərkəzdə 70-dək uşaq intensiv terapiyadan faydalanır. Burada autizm sindromlu uşaqların qayğısı ilə müvafiq təlim keçən mütəxəssislər məşğul olurlar.

Birinci vitse-prezident Mehriban Əliyeva Mərkəzin kollektivini, burada müalicə alan uşaqları və ailə üzvlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı.
 

OXŞAR XƏBƏRLƏR

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...

XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.   Sfera.az xəbər verir ki, bunu ...

Prezident: "Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər"

Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir.   Sfera.az xəbər verir ki, bu fikri Azə...