\"Biləsuvar sakinləri cənab İlham Əliyevə minnətdardır\" - DEPUTAT

\
 Bildiyiniz kimi bu gün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Biləsuvar rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Bu hüquqi akta əsasən, Biləsuvar rayonunun Çinarlı kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə 455 000 manat ayrılıb.

Ümumiyyətlə, Biləsuvar aqrar rayondur, əhalinin əsas gəlir mənbəyi  pambıqçılıq, taxıçılıq və yem bitkiləridir. Rayonun meliorasiya sistemi Sovet dönəmində qurulmuş, müstəqillik dövründə müyyən xırda istisnaları çıxmaqla demək olar ki, infrastrukturda əsaslı yenilənmə aparılmamışdır.  Digər tərəfdən, həm qlobal bəla kimi su ehtiyatlarının getdikcə azalması, eyni zamanda mövcud irriqasiya sisteminin aşınıb sıradan çıxması nəticəsində suvarma suyunun itkisi, habelə, yerli orqanların təşviq cəhdlərinə baxmayaraq insanların yeni suvarma metod və üsullarına meyl göstərməməsi ciddi problemlərə yol açmaqdadır. Xüsusən də, suvarma mövsümlərində vəziyyət acınacaqlı hal alır, üstəlik, bir sıra kəndlərin içməli su mənbəyi kimi suvarma kanallarına müraciət etməsi, suvarma mövsümündə biləsuvarlıların məişətində də ciddi problemlər yaradır.  Bütün bunların fonunda bu günkü Sərəncamın əhəmiyyətini dərk etmək çətin deyil. Lakin bizi daha çox sevindirən məqam, Biləsuvarın su təminatının yaxşılaşdırılması istiqamətində cənab İlham Əliyevin  son iki ayda ikinci dəfə sərəncam imzalamasıdır. Xatırlayırsızsa cənab Prezidentin "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 21 aprel Sərəncamı ilə Dərvişli kəndində 2 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə vəsait ayrılmışdı. İki ayda iki dəfə dövlət başçısı tərəfindən ən ali səviyyədə diqqətə alınmaq, xatırlanmaq, təbii ki, su ehtiyatları faktiki olmayan, mövcud irriqasiya infrastrukturu köhnəlmiş, nəticədə illərdir susuzluqdan əziyyət çəkən Biləsuvar insanında ruh yüksəkliyi, gələcəyə inam yaradır. Bəli, problem çoxdur, hələ ki, 20 kəndimiz su məsələsinin həllini gözləyir. Lakin, əsas olan odur ki, pandemiya şəraitinə baxmayaraq rayonun su təminatının mərhələli həllinə start verilib, insanımız daim ölkə rəhbərinin diqqətindədir və məhz buna  görə Biləsuvar sakinləri cənab İlham Əliyevə minnətdardır.

Bəhruz Məhərrəmov  
Milli Məclisin  66 saylı Biləsuvar seçki dairəsindən deputatı

OXŞAR XƏBƏRLƏR

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...