Bərdədən dəhşətli görüntülər - FOTOLAR
15:03 / 28.10.2020
1988
Bu gün saat 13 radələrində ermənilərin hücumuna məruz qalan Bərdədən dəhşətli görüntülər gəlməyə davam edir.
Xəbər verdiyimiz kimi, ermənilər dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombaları atıblar.
Hücum nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs isə yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Sfera.az xain hücumdan sonra Bərdədə çəkilən fotoları təqdim edir: