Baydenin qələmlə imtahanı: Bu görüntüləri ilə sosial şəbəkələrdə gündəm oldu - VİDEO

Baydenin qələmlə imtahanı: Bu görüntüləri ilə sosial şəbəkələrdə gündəm oldu - VİDEO
ABŞ-ın yeni Prezidenti Co Bayden maraqlı görüntüsü ilə gündəmdədir. 
 
Sfera.az xəbər verir ki, 79 yaşlı Prezidentin dünən 4 qətnaməni imzaladıqdan sonra qələmi pencəyinin cibinə qoya bilməməsi sosial şəbəkələrdə xeyli müzakirə edilib. 

Xatırladaq ki, Co Bayden indiyə kimi siyasi karyerasında bir çox qalmaqala imza atıb. Səkkiz qadın uyğunsuz davranışlarına görə onu məhkəməyə verib.
 
Həmçinin, insanların saçını qoxulamaq vərdişinə görə də manşetləri bəzəyib. Bayden tez-tez unutqanlığı ilə də gündəmə gəlib. Belə ki, çıxışlarının birində sabiq ABŞ Prezidenti Barak Obamanın adını unudaraq onu səhnəyə "Barak Amerika" adı ilə dəvət edib. Bayden Missusirinin senatoru Çak Qrahamın beldən aşağısının fəlçli olduğunu unudaraq ondan ayağa qalxmasını istəmişdi. 


Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR