Baloğlan Əşrəfovun koronavirusa yoluxduğu veriliş hədəfdə – “Niyə hamı bir mikrafondan istifadə edib?”

Baloğlan Əşrəfovun koronavirusa yoluxduğu veriliş hədəfdə – “Niyə hamı bir mikrafondan istifadə edib?”
Xəbər verdiyimiz kimi, ötən gecə əməkdar artist Baloğlan Əşrəfov koronavirusdan dünyasını dəyişib.

Bundan öncə sənətçi televiziya kanallarının müğənnilərin səhhətindən xəbəri olmadan efirə dəvət etməsindən danışmışdı: "Verilişlərə müğənnilərin hamısını çağırırlar. Bilmirlər hansı xəstədir, hansı sağlamdır. Hər kəsə eyni mikrofonu verirlər. Hamı bir mikrofondan istifadə edir. Çöldə maskalı gəzirlər, amma içəridə maskasız”.

Maraqlıdır ki, dünyanın əksər ölkələrində efirlərə dəvət edilən qonaqlar maskadan istifadə edir, sosial məsafə qorunur və digər başqa qaydalara əməl edilir. Bizdə isə, adətən tam əksi müşahidə edilir.
 
Bununla bağlı tibbi ekspert Adil Qeybulla Sfera.az-a açıqlamasında qeyd edib ki, əslində qapalı mühitdə karantin qaydalarına mütləq əməl edilməlidir:
"Yaxşı olardı ki, televiziyalarda çıxış edənlər qapalı məkan olduğu üçün orda maska ilə otursunlar. Digər tərəfdən bir-birinə ötürülən mikrofondan istifadə etmək qətiyyən olmaz. Efirə çağırılan qonaqlar fərdi mikrofonlardan istifadə edilməlidirlər.
 
Həmçinin hər qonaqdan əvvəl mikrofonların spirt əsaslı dezinfeksiyaedici məhlullarla üstünün silinib təmizlənməsi önəmlidir. Bu şərtlərə əməl etməklə nələrəsə nail ola bilərik”.

Müsahibimiz bildirib ki, bizdə əksinə, televiziyalara dəvət edilən şəxslər maskasız oturur və eyni mikrofondan istifadə edirlər: "Təbii ki, insan nəfəs alanda mikrofonun üstünə təzəcə enmiş su qabarcıqlarını tənəffüs yoluna çəkərək virusa yoluxa bilər. Eyni zamanda televiziya kanalına dəvət edilən bir qonağın xəstə olması kifayətdir ki, digərləri də yoluxsun. Bu baxımdan qapalı mühitdə karantin davranışlarına əməl etmək mühüm şərtdir”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİLİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndinə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...