Bakıda “Porsche” markalı avtomobil yandı
13:45 / 20.11.2020
2134
Bakı şəhərinin Binəqədi rayonunda "Porsche” markalı minik avtomobilinin salonu yanıb.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.