Bakıda kondisionersiz avtobuslar xəttə buraxılmayacaq

Bakıda kondisionersiz avtobuslar xəttə buraxılmayacaq

 

Bu gün Bakıda fəaliyyət göstərən 2010 avtobusdan cəmi 251-də kondisioner var.

Gələn ildən etibarən Bakıda kondisioner sistemi olmayan avtobuslar xəttə buraxılmayacaq.

Sfera.az xəbər verir ki, bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

N.Allahyarova bildirib ki, avtobuslarda kondisioner sisteminin olması hazırlanmaqda olan Bakının Vahid Nəqliyyat Konsepsiyasında şərt irəli sürülüb.

O qeyd edib ki, bu gün Bakıda fəaliyyət göstərən 2010 avtobusdan cəmi 251-də kondisioner var və onların da 201-i "BakuBus” MMC-yə məxsusdur:

"İndiyə qədər kondisioner sistemi ilə bağlı daşıyıcının qarşısında şərt qoyulmadığı üçün daşıyıcılar da kondisioner sistemi olan avtobuslar almayıb. Ancaq gələn ildən belə olmayacaq. İndi birdən-birə kondisioner sistemi olmayan avtobusların xətlərdən yığışdırılması nəqliyyatı iflic vəziyyətə sala bilər.

Ona görə bu il üçün güzəşt edilir, ancaq gələn ilin yayından etibarən, yəni gələn il mayın 25-dən sentyabrın 15-dək kondisioner sistemi olmayan avtobuslar qalmayacaq. Kondisioner sistemi olmayacağı təqdirdə, avtobuslar xətlərə buraxılmayacaq”.


OXŞAR XƏBƏRLƏR

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...

Prezident: "Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq"

2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə...

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.   Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba K...

Olaf Şolts: "Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir"

Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir.   Sfera.az xəbər verir ki, bunu Almaniya Federativ Respubli...

Azərbaycan lideri: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilm...