Bakıda 6 günlük qrafiklə işləyən məktəblərin sayı AÇIQLANDI

Bakıda 6 günlük qrafiklə işləyən məktəblərin sayı AÇIQLANDI
Bakıda bir neçə ümumtəhsil müəssisəsi 6 günlük qrafikə keçib.

Sfera.az-ın report-a istinadla məlumatına görə, buna səbəb təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etməkdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Report”un sorğusuna cavab olaraq bildirilib ki, BŞTİ-nin tabeliyində olan məktəblərin 45-i 6 günlük qrafiklə fəaliyyət göstərir: "Məktəbin iş rejimi onun maddi-tədris bazası və kadr potensialı nəzərə alınmaqla, Pedaqoji Şuranın iclasında müzakirə olunur və kollegial qərar əsasında məktəb rəhbərliyi tərəfindən tənzimlənir”.

Qeyd edək ki, sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində, sentyabrın 29-dan isə yuxarı siniflərdə (V-XI) ənənəvi formada yeni dərs ili başlayıb. Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək. Ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən isə 27, 28 yanvar tarixləri dərs günləri hesab ediləcək.

Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab ediləcək.

Xatırladaq ki, oktyabrın 2-dən etibarən həftəsonu ictimai nəqliyyat qadağası aradan qaldırılıb.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...

İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını NƏZƏRDƏN KEÇİRİR

İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzə...