AzTV Mehin Hümbətovaya maaş verməyib?

AzTV Mehin Hümbətovaya maaş verməyib?
AzTV ilə yollarını ayıran aparıcı-müğənni Mehin Hümbətova sosial şəbəkədə kanaldan ayrılma səbəbini açıqlayıb.  

"1AzTV” proqramının yeni sezonunda yer almayan aparıcı öz istəyi ilə telekanaldan getdiyini bildirib.  

O, kanalın sözügedən proqramın heyətinə maaş vermədiyinə eyham vurub:

"Verilişin yayımı davam edəcək. Sadəcə, bizim kollektiv, bütün heyət işdən çıxıb. Mən də onları yarıyolda qoymamaq üçün ərizəmi yazıb işdən ayrıldım. Düşünürəm ki, proqramın uğuru o kollektivin üzərində idi. Növbəti, pulsuz çalışacaq komandaya uğurlar arzu edirəm”. 

"Qafqazinfo” mövzu ilə bağlı AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva ilə əlaqə saxlayıb. 

Kanal rəsmisi bildirib ki, AzTV və Hümbətova arasında maliyyə problemi yoxdur:

"Mehin Hümbətova ərizəsini yazaraq işdən ayrılıb. Yəqin ki, onu hansısa məsələlər qane etməyib. Biz ona borclu qalmamışıq. Ödənilməmiş maliyyə məsələləri yoxdur. Bundan sonrakı danışıqlarda razılığa gəlməyiblər”.

Qeyd edək ki, "1AzTV”nin növbəti sezonda aparıcısı Şəhriyar Əbilov olacaq. 


OXŞAR XƏBƏRLƏR

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...

Prezident: "Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq"

2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə...

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.   Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba K...

Olaf Şolts: "Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir"

Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir.   Sfera.az xəbər verir ki, bunu Almaniya Federativ Respubli...