Azərbaycanlı jurnalist Robert Köçəryanla olan fotosunun tarixçəsindən DANIŞDI – Müsahibə

Azərbaycanlı jurnalist Robert Köçəryanla olan fotosunun tarixçəsindən DANIŞDI – Müsahibə
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun Sfera.az-a müsahibəsi.

Onun fikirlərini təqdim edirik.

- Elxan bəy, sosial şəbəkələrdə Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın 1998-ci ildə İrəvanda Azərbaycandan olan jurnalistlərlə görşünü əks etidirən foto paylaşıb. Həmin fotoda siz də varsız. Həmin görüş haqda danışa bilərsiz?


- Əvvəla onu deyim ki, Birinci Qarabağ müharibəsi öncəsi Ermənistan və Azərbaycan QHT-ləri və jurnalistləri müxtəlif ölkələrdə görüşlər keçirərək, fikir mübadiləsi aparırdı. Bu görüşlərdə əsas müzakirə mövzusu təbii ki, Qarabağ ilə bağlı idi. Bundan əlavə iki ölkə jurnalsitlərinin qarşılıqlı səfərləri də baş tuturdu. Hətta xatırlayıram, erməni jurnalistlərin Azərbaycan səfəri baş tutmuş və bu səfər zamanı onlar mərhum Prezident Heydər Əliyevlə müsahibə almışdılar.
 
Həmin fotodakı görüşə gəldikdə isə 1998-ci ildə "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev belə bir səfərlə bağlı müxtəlif qəzetlərə müraciət etmişdi. Mən də həmin vaxtlar "Azadlıq” qəzetində beynəlxalq əlaqələr şöbəsinin müdiri idim. Redaktorumuz bu səfərdə iştirak etmək vəzifəsini mənə həvalə etmişdi. Səfər öncəsi Arif Əliyev biz jurnalistlərdən kimlərlə görüşmək istədiyimizi soruşdu. Mən Levon Ter -Petrasyan, Serj Sarkisyan, Robert Köçəryan və s. şəxslərlə görüşməyi təklif etdim.
 
- Paylaşılan fotoda Robert Köçəryanla görüşdüyünüz görünür. Başqa kimlər ilə təmas qura bildiniz?


- Etiraf edim ki, bu mənim jurnalistika sahəsindəki ən məhsuldar səfərim idi. Çünki 5-6 gün İrəvanda olduq və olduqca maraqlı görüşlər keçirdik. Bundan başqa, erməni xalqının bizə olan münasibətini, mövcud vəziyyəti yerində dəyərləndirmək şansımız oldu.
 
Səfər zamanı Ermənistanın prezidenti Robert Köçəryanla da görüşdük. Daha sonra Serj Sarkisyanl görüşdük. Levon Ter-Petrasyanın özü ilə görüşmək imkanı qazanmasaq da onun yaxın adamı ilə görüşə bildik. Bundan başqa, bir sıra müxalifət nümayəndəsi, həmçinin erməni dövlət xadimləri ilə də görüşmək şansımız oldu. Onu da qeyd edim ki, bizdən başqa Gürcüstan jurnalistləri də Ermənistanda idi və biz onlarla da fikir mübadiləsi apara bildik.

- Elxan bəy, Robert Köçəryanla görüşünüz hansı atmosferdə keçdi?

- Həmin səfəri xatırlayıram. Köçəryana xeyli sual verdik. O zaman hələ daxili işlər naziri olan Serj Sərkisyanla da görüşdük. Mənim əsas suallarım Qarabağ münaqişəsi ilə bağlı idi. Köçəryana bu mövzu üzrə 4 və ya 5 sual verdim.
 
Mən həmin səfərdən və aldığım cavablardan bu qənaətə gəldim ki, məsələ müharibəsiz həll olunmayacaq. Çünki Robert Köçəryan mənim verdiyimi suallardan tədricən çıxılmaz hala düşdü və sonda müharibədən başqa yolun olmadığı şəklində bir cavab verdi.
 
Söhbətləşdi: Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...