Azərbaycanlı hakim Avropada karantinə alındı

Azərbaycanlı hakim Avropada karantinə alındı

 

Azərbaycanlı futbol hakimi Zeynal Zeynalov koronavirusa yoluxub.

Sfera.az xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb. 

Bildirilib ki, Zeynal Zeynalov UEFA Avropa Konfrans Liqasının dünən keçirilmiş "Yablonets” (Çexiya) – "Ranners” (Danimarka) qarşılaşmasında yan xətt hakimi funksiyasını yerinə yetirməli idi.
 
Lakin onun oyunöncəsi COVID-19 testi pozitiv nəticələndiyi üçün dördüncü hakim funksiyası yerinə yetirməli olan Elçin Məsiyev qarşılaşmada yan xətt hakimi kimi fəaliyyət göstərib.

Matçın dördüncü hakimi isə çexiyalı Yan Petrik olub.

Əliyar Ağayev, Akif Əmirəli və Elçin Məsiyev oktyabrın 23-də Bakıya dönəcək. Zeynal Zeynalov isə bir neçə gün Çexiyada karantin rejimində qalacaq.

Qeyd edək ki, bu matçın 90-cı dəqiqəsində Əliyar Ağayevin təyin etdiyi penalti sayəsində qonaq komanda "Raners” məğlubiyyətdən xilas olub. Görüş 2:2 hesabı ilə başa çatıb.

 


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Bin Nunla görüşdü

8 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza...

Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi

“Ermənistan Respublikası KTMT Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarına q...

Bakıdakı bu bazarda məhsulların satışına məhdudiyyət qoyuldu

Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən “Təbriz (Xırda)” bazarında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçirib, ...

Gənclərin viskidən zəhərlənmələri ilə bağlı iddialara istehsalçı müəssisədən CAVAB

Ötən gün Bakının Səbail rayonunda yerləşən məşhur hotellərdən birində dörd nəfərin zəhərlənməsi və onlardan ikisinin spirtli içkidən ölməsi ilə b...

Tərtərdə məktəblilər arasında əlbəyaxa davanın TƏFƏRRÜATI - VİDEO

Məktəblilər arasındakı dava ölümlə nəticələnib.   Sfera.az xəbər verir ki, hadisə Tərtərdə baş verib. Mübahisə edən şagirdlərdən biri digərinə xəsarə...

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - FOTOLAR

Müasir Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Abşeron rayonunda tədbir keçirilib. &...