Azərbaycanla Türkiyə arasında hərbi sahədə Birgə Komissiya yaradılır

Azərbaycanla Türkiyə arasında hərbi sahədə Birgə Komissiya yaradılır
Azərbaycanla Türkiyə arasında növbəti Birgə Komissiyanın yaradılması nəzərdə tutulur.

Bu barədə "Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” sazişdə maddə var.

Sazişi aprelin 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib.

Sənəd 2017-ci il oktyabrın 31-də Bakıda imzalanıb. Sazişə Azərbaycan tərəfdən Müdafiə naziri Zakir Həsənov, Türkiyə hökuməti adından isə o vaxtkı Milli Müdafiə naziri Nurettin Canıklı imza atıb.

Sənəddə göstərilir ki,  Birgə Komissiyanın üzvləri Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin və Türkiyə Milli Müdafiə Nazirliyi Müdafiə Sənayesi Müşavirliyinin nümayəndələrindən ibarət olacaq.

Komissiyada hər iki tərəfin bərabər sayda təmsil olunması nəzərdə tutulur.

Komissiya bu sazişin müddəalarının həyata keçirilməsi, şərhi və lazım olduğu təqdirdə ediləcək dəyişikliklərlə əlaqədar vəzifələri icra edəcək.

Sazişə əsasən, Komissiyada Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin heyətinə müdafiə sənayesi nazirinin müavini və ya səlahiyyət verdiyi nümayəndə sədrlik edəcək.

Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin heyətində Milli Müdafiə Nazirliyinin müdafiə sənayesi müşaviri və ya müşavirinin müavini sədr olacaq.

Lazım olduğu təqdirdə, Komissiyaya hər bir tərəfin silahlı qüvvələrindən, qurumlarından və müdafiə sənayesi təşkilatlarından mütəxəssislər daxil edilə bilər./Oxu.az

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...

XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.   Sfera.az xəbər verir ki, bunu ...

Prezident: "Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər"

Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir.   Sfera.az xəbər verir ki, bu fikri Azə...

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

ABŞ sakini iki ildə 72 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.   Viskonsin ştatı...